Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


05.02.2025  10:59 

İş adamı işçilərin maaşından kəsib müğənniyə hədiyyə göndərdi – VİDEO





A+  A-

“Şikayətim Emin bəydəndir. Emin bəy bir çox restoranlar şəbəkəsinin - “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. sahibidir. Bir ildən çox onlarla əməkdaşlıq etdim və 10 mindən artıq pulum onlarda qaldı. Hissə-hissə həmin məbləği onlardan alsam da 2 min manat vəsaitimi ödəmirlər. Bağbanlıq, gül satmaq və digər xidmət sahələrində fəaliyyət göstərmişəm. Xəstəliklə bağlı müraciət etdim ki, pulumu alım, ancaq pul əvəzinə yalan vədlər verirlər”.

XəzərNews.az xəbər verir ki, bu sözlər Cavad Zeynalov adlı vətəndaşa aiddir. O, APA TV-yə müsahibəsində bildirib ki, sözügedən restoranları işlədən Emin adlı biznesmendən haqqını ala bilmir. C.Zeynalov sözügedən iş adamının müğənni Vəfa Şərifovanın ad gününə tort göndərdiyini də iddia edib:

“Yeni ildə Vəfa Şərifovanın ad gününə tort göndərir. Mən ondan əlil uşağımın haqqını ala bilmirəm. Mənimlə gedən işçilər də var və onların da maaşı ödənmir. Həmin adamlar məni günahkar bilir və haqlarını məndən tələb edirlər. Əks halda adımı polisə verəcəklərini bildirirlər”.

Emin adlı şəxs isə iddialara cavab olaraq məsələnin araşdırılacağını bildirib. Özünü “Dalğa Beach”-in mətbuat xidmətinin nümayəndəsi kimi təqdim edən Ramal İsayev şikayətçi ilə danışdıqlarını və ödənişi edəcəklərini bildirib.





Xəbər 77 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +