Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


27.09.2024  15:41 

Azərbaycanlı müğənni islam dinini qəbul edib -Foto





A+  A-

Uzun müddət Amerikada yaşayan azərbaycanlı müğənni Rauf Kinqsli (Kingsley) yenidən İslam dinini qəbul edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə o, sosial media hesablarında paylaşım edib.

Kəbəni ziyarət edən Rauf paylaşımında yenidən müsəlman olduğu üçün Allaha şükür edib:

“Tək və bir olan Allahdan başqa məbud yoxdur!

İllərdir kənardan nə qədər xoşbəxt görünsəm də, əslində, içimdə həmişə bir boşluq olub və mən onu doldurmağa çalışmışam. İnsanın sahib olduğu heç nə o boşluğu doldurmur. Dünya malı dünya malı olaraq qalır. Amma qəlbin Allah sevgisi ilə dolmağı insanı əbədi xoşbəxtliyə qovuşdurur. İnsan rahatlığını tapır. Bu dünyada sadəcə bir qonaq olduğunun fərqinə varır…

Çox şükür, Allah məni yenidən İslam dininə geri gətirdi. Bədənim sanki itmiş ruhunu yenidən tapıb.

Mən susub heçnə deməsəm belə, qəlbim, ruhum, bədənim sanki bayram edir və bu qələbəni qeyd edir.

Ən uca və ən əzəmətli varlıq Odur!”





Xəbər 6159 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +