Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


29.01.2025  16:22 

Məhbuslara gizlicə telefon verən nəzarətçi cəzalandırıldı





A+  A-

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində gizli şəkildə iki məhbusa telefon ötürən nəzarətçi cinayət məsuliyyətinə cəlb edilib.

XəzərNews.az xəbər verir ki, xidmətin əməkdaşı 1996-cı il təvəllüdlü Niyaməddin Tağıyev Cinayət Məcəlləsinin 308 və 317-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) maddələri ilə təqsirli bilinib.

Həbsxana nəzarətçisinin gizli şəkildə işlədiyi müəssisəyə telefon keçirməsi və orada cəza çəkən məhbuslara verməsi məlum olub.

Bildirilib ki, N.Tağıyev həmin məhbuslardan birini daha əvvəldən tanıyırmış və bu münasibətə görə öz təşəbbüsü ilə cəza çəkən şəxs üçün ciddi nəzarətin olduğu yerə telefon keçirib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə işdən çıxarılan həbsxana əməkdaşına 5 min manat cərimə cəzası verilib. Onun 2 il müddətində vəzifə tutmaq hüququ da məhdudlaşdırılıb./Qafqazinfo

Xəbər 2431 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +