İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


30.03.2017  17:46 

Real Hərəkatı ilə Milli Şura arasında münasibətlər gərginləşdi





A+  A-

"Milli Şura yaradılarkən danışıqlar apardıq, 7 dəfə görüş keçirmişdik. Sadəcə, mövqelərimiz üst-üstə düşmədi deyə, Milli Şuraya qoşulmadıq. Sonralar da Milli Şura rəhbərliyi ilə görüşlər keçirmişik, müzakirələr aparmışıq, Cəmil Həsənli ilə də münasibətlərimiz yaxşıdır. Amma Milli Şurada Real Hərəkatına qarşı aqressiya varsa, jurnalistlər bunu araşdırsınlar".
XəzərNews.az bildirir ki, bunu "Report"a açıqlamasında Real Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib.
O bildirib ki, Milli Şuranın Real Hərəkatına qarşı aqressiyasının səbəbi bəlli deyil: "Milli Şura ictimaiyyətə açıqlasın ki, onların istədikləri, problemləri nədir? Bizim "Milli Şura" adlı problemimiz yoxdur".
N.Cəfərli Real Hərəkatının Milli Şuraya qoşulmamasının səbəblərini də açıqlayıb: "Birliyin fəlsəfəsi elədir ki, nəyəsə qarşı olmalı deyil, nəyinsə lehinə olmalıdır. Bu, daha effektiv olur. Birlik şəxslər üzərində qurula bilməz. Yəni, deyilə bilməz ki, filan şəxs iştirak etməli, digərləri iştirak etməli deyil. Uğurlu birlik modelləri dəyərlər, prinsiplər və məqsədlər üzərində qurulur. Milli Şura ilə danışıqlar apararkən dəfələrlə dedik ki, bu məsələni şəxslərə qədər endirməyin. Həmin qurumda ayrı-ayrı şəxslərin təmsil olunmasının vacibliyindən danışılırdı. Sonralar həmin insanlar Milli Şuranı tərk edənlərdən oldular. Milli Şura yaradılarkən dəyərlər, prinsiplər və məqsədlər üzərində qurulsaydı, daha yaxşı olardı və Real Hərəkatı da həmin quruma qoşulardı. Yəni, biz sistemin əleyhinəyik, amma nəyin lehinəyik, nə istəyirik? Milli Şura kimi birliklərin uğurlu olmadığını Azərbaycan tarixi dəfələrlə sübut edib".
O bildirib ki, Milli Şuranın apreldə keçirəcəyi mitinqə Real Hərəkatı təşkilat olaraq qoşulmayacaq: "Real Hərəkatının üzvləri aksiyalarda iştirak etmək üçün sərbəstdilər. Yəni, mitinqə qatılıb-qatılmamaqla bağlı ayrıca müraciətimiz olmayacaq. Mitinqdə üzvlərdən kim istəyirsə, iştirak edə bilər, amma təşkilat kimi mitinqə qoşulmayacağıq".
Qeyd edək ki, Milli Şuranın bəzi üzvləri sosial şəbəkədə Real Hərəkatını tənqid ediblər. Şura aprelin 9-na mitinq təyin edib.

Xəbər 2111 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +