Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


07.11.2024  16:11 

“Bizi həbs etdirmək istəyir“ - Riad Rəfiyev jurnalistləri hədələyir?





A+  A-

"Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev iki idman saytının - Sports.az və Matç.az-ın baş redaktorları Anar Şabanoğlu və İxtiyar Əsgərov haqda Baş Prokurorluğa şikayət edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Bakupost.az-a İxtiyar Əsgərov bildirib.

O qeyd edib ki, Anar Şabanoğlu ilə birlikdə prokurorluğa dəvət olunublar və izahatları alınıb.

İ.Əsgərovun sözlərinə görə, klub rəhbəri haqda yazdığı "yarıtmaz fəaliyyət" ifadəsinə görə məhkəmə və 20 sutkalıq həbslə hədələnib:



"Rəfiyev saytda şərəf və ləyaqətinin aşağılandığını iddia edib. Halbuki, şikayət edilən yazılarda heç bir məhkəmə predmeti, şərəf və ya ləyaqətin aşağılanması yoxdur. Məsələn, ötən mövsüm "Turan Tovuz" "Sumqayıt"a uduzdurulacaq?" sərlövhəli bir xəbərə görə şikayət olunub. Prokurorluq əməkdaşı soruşdu, bildirdim ki, yazının başlığı sual işarəsi ilə verilib. Qarşı tərəf bir yazıda "yarıtmaz fəaliyyət" ifadəsini şərəf və ləyaqətin aşağılanması kimi qələmə verib. Dedim, əgər bu ifadədə təhqir varsa, istənilən cəzanı çəkməyə hazıram. Tələb edirlər ki, yazı silinsin və üzr istənilsin. Bildirdim ki, nə yazı silinəcək, nə də üzr istəyəcəyik".

Sports.az-ın baş redaktoru Anar Şabanoğlu da ittihamı əsassız adlandırıb:



"Riad Rəfiyev bizdən Baş Prokurluğa şikayət edib. Guya yazılarımızda onun şərəf və ləyaqətini alçaltmışıq, təhqir etmişik. Halbuki söhbət tənqiddən gedir. Bir yazı yox, bir neçə yazıda klubun və Rəfiyevin fəaliyyəti tənqid olunub. Məsələn, ötən mövsüm "Sumqayıt"ı hakimlərin "dartıb" avrokuboklara çıxartması haqda yazıdan şikayət olunub. Ancaq bu bir faktdır, həmin yazılarda bəhs edilən oyunların videoları var. O yazıda hər şey faktlarla yazılıb. Bundan başqa, digər yazıda klubun rəsmi mövqeyinin öyrənilməsinə baxmayaraq, yenə ittiham üçün əsas göstəriblər. Bildiyiniz kimi, İlqar Qurbanovla Riad Rəfiyev uşaqlıqdan dost olub. Amma İlqar "Sumqayıt"da olanda onun kartına külli miqdarda "qara pullar" köçürülməsi haqda söz-söhbət var. Buna görə İlqarla Riadın münasibətlıri korlanıb. Eyni maxinasiyanın "Sumqayıt"ın Yavər adlı sürücüsünün də başına gəldiyi deyilir. Yavər bəyin aztəminatlı ailədən olduğu və bir zamanlar sosial müavinət aldığı bildirilir. Amma belə bir adamın kartına fantastik məbləğ köçürüləndən sonra onun ailəsinə sosial müavinətin dayandırıldığı iddia edilir. Bu məsələlər haqda mediada daha əvvəllər də bəhs edilib. Amma nədənsə Riad indi "ayılıb", məsələni araşdırmaq istəyən, "Sumqayıt"dan rəsmi mövqe öyrənən bir saytın baş redaktorunu məhkəməyə verir. Daha doğrusu, məhkəməyə yox, prokurorluğa şikayət edir. Baş Purokurorluğa çağırmışdılar ki sizdən şikayət var tanış olunş İzahatımızı aldılar".

Məsələ ilə bağlı "Sumqayıt" Futbol Klubu da rəsmi açıqlama yayıb:

"Barəsində Baş Prokurorluğa şikayət olunan jurnalistlər əməkdaşlıq və qarşılıqlı işbirliyi üçün "Sumqayıt" Futbol Klubuna müraciət edib. Onların istəkləri ilə strategiyamız uyğun olmadığı üçün bu təklif rədd edilib. Sonra isə həmin jurnalistlər tərəfindən klub prezidenti Riad Rəfiyev barəsində mütəmadi olaraq, yalan, şər-böhtan xarakterli məlumatlar yazılır və tirajlanır. Komanda rəhbərinin şəxsi və işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, “Sumqayıt” Futbol Klubunun peşəkar fəaliyyətinə zərər vermək məqsədilə mütəmadi olaraq yazılan şər-böhtan xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra iş müvafiq orqanların nəzarətindədir. Əminik ki, hüquq-mühafizə orqanları işə ədalətli və düzgün qiymət verəcəklər".



Xəbər 112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb


BÜTÜN XƏBƏRLƏR +