Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


30.10.2024  12:39 

İranı cəhənnəmə aparan yol: Zəngəzur dəhlizi -Video





A+  A-

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.



M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:

- İranın strategiyasını həm şah, həm də İslam Respublikası dövründə ABŞ müəyyən edib. İran İslam inqilabından sonra ABŞ-lə mübahisələr fonunda həqiqətən, bütün gücü ilə dünya iqtisadiyyatına inteqrasiya etmək və normal inkişaf yolunu götürmək kursunu seçdi. Amma bunu reallaşdırmağı bacarmadı. Konsepsiyanı müəyyənləşdirsə də, icra mexanizmlərini hesablaya bilmədi. Nəticədə, Livanda Hizbullahın liderlərindən olan Abbas Musəvini avtomobili ilə kəndindən qayıdarkən İsrail tərəfindən raket zərbələri ilə şəhid etməsi, ondan sonra da bu çapda baş verən digər proseslər İranı normal inkişaf yolundan yayındırdı, terror yolunu ön plana çıxardı. Dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə səfirliklərdə baş verən terrorların çoxunu Tehranın adı ilə bağladılar.

Argentinada İsrail səfirliyində baş verənlər bütün dünyada dillər əzbəri oldu. İndi də bu mövzuda beynəlxalq hüquqi çəkişmələr gedir. Hətta o işin içərisində İranın keçmiş xarici işlər naziri, indi ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin də adı keçir. Ə.Vilayəti Azərbaycana səfər edərkən Argentina və beynəlxalq ictimaiyyət o tələbi Azərbaycanın da qarşısında qoymuşdu. Azərbaycan belə bir addıma getməyi ağlına da gətirmədi.

İranın böyük məntiqsizliklərindən biri Azərbaycan-İsrail əlaqələridir. Prezident oğul Buş Azərbaycan Respublikasından xahiş etdi ki, İrana qarşı müharibə aparmaq üçün onun ərazisindən istifadə etməyə imkan versin. Azərbaycan Prezidenti bunu rədd etdi. İranın da nöqteyi-nəzərincə, ABŞ dünyanın sahibidir. Bu gün ABŞ İrana deyir, qoy ərazinə İsrail bomba atsın, İran onunla razılaşır. Azərbaycan, hətta öz ərazisindən İrana bomba atılmasına icazə vermədi. Rusiya bir neçə dəfə Azərbaycanın qarşısında İranın daxilində birgə iş görmək məsələsini qaldırıb; ABŞ İrana hücum edəcək, İrandakı azərbaycanlılar Azərbaycan Respublikasına gələcək. İrandan gələn azərbaycanlılar və ya Azərbaycan Respublikasının vətəndaşları Rusiya ərazisinə daxil olacaqlar. Çünki MDB vizasız rejim əsasında fəaliyyət göstərir. Prezident V.Putin, D.Medvedev, RF xarici işlər naziri dəfələrlə bildiriblər ki, İranla bahəm iş görmək lazımdır ki, İranın nüvə obyektlərinə hücum, ABŞ-ın İrana hücumu zamanı azərbaycanlılar öz yerlərində yaşasın. Azərbaycan Prezidenti bunu da qəbul etmədi. Rusiya ilə İran arasında Azərbaycanla əlaqəli tarixi problemləri dinc, dialoq yolu ilə araşdırıb, həllini tapmaq üçün Azərbaycan Prezidenti o zaman Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti təklifini verdi. Azərbaycana ABŞ və Rusiyadan anti-İran təklifləri olunduğu və Azərbaycan bu təklifi rədd etdiyi halda Azərbaycan nəyə görə İsrailə yalvarmalıdır ki, gəl sənə pul verim, birlikdə İrana hücuma keçək? Bu məntiq anlaşılmır və İran indiyə qədər bunu izah edə bilmir.

İsrailin İrana hücumundan sonra da İran yanlış kurs seçdi. İranın dünyada normal iqtisadi inkişaf yolunu seçməsi günün, regionun, bəlkə də, dünyanın reallığıdır, İranda bunu başa düşürlər.

İranın normal inkişaf yoluna keçməsinin ikinci tələbatı da var. Səfəvilərdən bu yana İslam inqilabının liderlərinin hamısını nəzərə almaqla, İranda indiki liderdən üstün tarixi şəxsiyyət olmayıb. O, həm də böyük azərbaycanlılardan biridir. İslam inqilabının banisi İmam Xomeyni ilə indiki liderin gördüyü işləri müqayisə edin. Şahın zülmü nə qədər ağır da olsa, o, həmin dövrdə İranın daxilində dini və şiəliyi inkişaf etdirməklə məşğul idi. Təkamül yolunu seçmişdi. Şaha da etirazı var idi. İmam Xomeyni bir az siyasi radikallıq nümayiş etdirdi, Türkiyə, İraqda yaşadı. Oradan Fransaya apardılar. Altı aydan sonra inqilabı təşkil etmək üçün Tehrana qaytardılar.

Belə olan təqdirdə məhz İranın indiki dini lideri S.Ə.Xamneinin 50 ilə yaxın İranın liderləri sırasında və sonra da rəhbərliyi arasında olması dəyişiklik üçün böyük motivasiyadır. Bunun da ən yaxşı variantı iqtisadi modelləşdirmədir. Dünyada yalnız bir dövlət aydın hərbi yolla inkişaf edib. G-7-nin beş üzvü isə iqtisadi metodla inkişaf edib. Misal üçün, ordusu olmayan Yaponiya və Almaniyanın inkişafı, bu gün dünyada iqtisadi gücünə görə üçüncü, dördüncü yerdədir. İran iqtisadi inkişafın nəticəsini başa düşür. İsrailin İranın hərbi obyektlərinə dağıdıcı zərbələrindən sonra İran, o cümlədən ali dini lider digər inkişaf modelinə, xüsusilə iqtisadi inkişaf modelinə meyllidir.

İran bütün qonşuları ilə düşmən vəziyyəti yaradıb. Bununla yanaşı, İran iri beynəlxalq geosiyasi güclərin hədəfindədir. ABŞ, Rusiya, Çin və heç kəs İranı indiki gücdə görmək istəmir. İran ABŞ-nin xoşuna gəlmək üçün Zəngəzur dəhlizini ortalığa atdı. Zəngəzur dəhlizi İran üçün bəladır, cəhənnəmə aparan yoldur. Yalnız İsrail İranın ərazisini bombaladığını başa düşdüyü kimi bunun da düzgün olduğunu başa düşəcək. Hazırda Rusiya İranı Zəngəzur koridorundan, Cənubi Qafqazdan, ümumilikdə Qafqazdan çəkindirmək üçün Birləşmiş Ərəb Əmirikləri ilə olan imkanlarından istifadə edir. Ola bilər daha çox BƏƏ vasitəsilə İranı sıxışdırsın. Bundan Rusiyanı yalnız ABŞ uzaqlaşdıra bilər. Bunun üçün İran ABŞ-nin diktəsi ilə İsrailin idarəçiliyinə keçməlidir. İran Zəngəzur koridorundan daha böyük kompensasiya ödəməli olacaqdır. Bu, İranın son 40 ildə söydüyü tarixə yenidən qayıtmasıdır, boyunduruğa girməsi anlamındadır.

Ermənistan İranla iqtisadi iş birliyinə gedə bilməyəcək. Ermənistan İrandan yalnız iqtisadi faydalana bilər. Amma İrana iqtisadi fayda verə bilən heç bir əməliyyatda iştirak edə bilməz. Siyasi cəhətdən baş verənlər bunun aydın göstəricisidir. İran 3+3 formatını formal da olsa, dəstəkləyirdi. Ermənistan o formatda Azərbaycanla dialoqdan imtina etdi. Ermənistana 3+3 formatında Azərbaycanla dialoqa “get” deyə bilən siyasətçi yoxdur. Azərbaycan bütün bunları görür və hansı variant təklif etməsindən asılı olmayaraq bizim münasibətimiz bəllidir. İran Azərbaycanla yalnız inam yaradan vasitələrlə iqtisadi münasibətlər qura bilər. İran Azərbaycanla sağlam münasibətini bütün dünyaya sübut etməlidir. Yalnız bu halda Azərbaycan İrana çıxış yolunu göstərə bilər.

Ermənistanın Rusiya, Gürcüstan Qərb coğrafiyasında İran müvəqqəti ola bilər, müəyyən silkələmələr var, sonu belədir. İran Rusiyaya qarşı müharibə elan etməyə hazırlaşır. Belə səbəbdən İranın Ermənistan vasitəsilə Gürcüstana, oradan Rusiya, Avropaya çıxması çox şübhəlidir. İran bunun üstündə israr edir. Bu qədər savadsızlıq, anti-Türkiyə, anti-Azərbaycançılıq olar? Türkiyə Türkmənistan qazını İran ərazisindən qəbul etməyəcək. Bu, böyük geosiyasi, geoiqtisadidir.

Azərbaycan İranla şərikli nefti, qazı, logistikası olan dünyada yeganə dövlətdir.

Araz Azad İqtisadi Zona ideyasının təxminən 20 ilə yaxın yaşı var. Azərbaycan Respublikası coğrafiyasında doğulmuş ideyadır. İran dərhal bundan istifadə etdi və ilk variantda Azərbaycanla birlikdə tətbiq etmək istədi. Qısa müddət ərzində İran Ermənistanı da ora qoşdu. O zaman İran nə qədər çalışsa da, Ermənistan Araz Azad İqtisadi Zonaya qoşulmadı. Sonradan Türkiyəni qoşdu. Yenə Ermənistan razılıq vermədi. İndi Azərbaycanın İran və Ermənistanla birlikdə bu layihədə iştirak etməyə əsası yoxdur. İndi də 3+3 formatında Azərbaycanla dialoqdan Ermənistan imtina etdi. 3+3 formatının əsas məqsədi Ermənistanla Azərbaycanın münasibətlərini normallaşdırmaq idi. İran Araz Azad İqtisadi Zonadan imtina edən Ermənistana cavab verə bilmədiyi kimi, indi də 3+3 formatında Azərbaycanla dialoqdan imtina edən Ermənistana İran bir söz deməyib, bəlkə də deməyə haqqı da yoxdur. Bu İranın çox böyük qərəz nümunəsidir. Ümumilikdə, Zəngəzur koridoru ilə bağlı İranın mövqeyi məntiqsizlik, savadsızlıq, anti-Azərbaycançılıq, anti-türk təkzibolunmaz sübutudur. İranın Türkiyə ilə avtomobil, dəmir yolu, neft və qaz kəmərləri mövcuddur, işlək vəziyyətdədir. İranın Azərbaycanla qaz kəməri var, avtomobil yolu yaxşı vəziyyətdədir. Neft və qaz kəmərləri də işlək vəziyyətdədir. Bəlkə də gücünü artırmağa, üstündə müəyyən təmir-bərpa işləri aparmağa ehtiyac var. Dəmir yolu da mövcuddur. Bir dənə mövcud olmayan neft kəməridir. İran Ermənistan arasında təxminən 15 ilə yaxındır Şimal-Cənub avtomobil yolunu çəkmək istəyirlər, çəkə bilmirlər.

Ermənistanda korrupsiya o səviyyədədir ki, hətta Ermənistan üçün həyati əhəmiyyətli yolda çox pul oğurluğu var. Dəmir yolunu çəkmək də o da təxminən o qədər yaşa malikdir. İranla Ermənistan arasında dəmir yolunu çəkməyə təxminən 5 milyard dollar vəsait lazımdır. S.Sərkisyan bunu tapa bilmədi. İran isə yalnız öz ərazisində 60 km-i təmir etməyə söz verdi. Həmin indi deyilən Zəngəzur koridorunu İran ərazisindəki hissəsidir.

İranın yeganə çıxış yolu Azərbaycan Respublikası ilə əlaqədədir. Araz Azad İqtisadi Zonasını inkişaf etdirməklə bağlı atılan addımlar İran üçün vəziyyətdən çıxış yolu deyil. İranın iqtisadi inkişafına lazım olan qədər stimul verə bilməyəcək. Azərbaycan, Ermənistan, Türkiyə İranın arasında dar məkanda geniş sənaye infrastrukturu qurmaq, istehsalat sahələri yaratmaq və dünya bazarına çıxarmaq, bu sadə deyil. İranın Azərbaycan Respublikası ilə neft, qaz və kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxarmaq imkanı var. İranın Tehran universitetində keçirilən “Araz Azad İqtisadi Zonası: Qafqaz regionunda strateji, iqtisadi və mədəni əlaqələr ocağı” tədbiri İranın Azərbaycana qarşı düşmənçilik xatirinə Ermənistanla dostluğunun davam etməsi anlamındadır. Erməni rəsmiləri Azərbaycandan hərbi cəhətdən qat-qat zəif olduqlarını dəfələrlə etiraf ediblər. Ermənistanın strategiyası vaxt udmaq və yeni müttəfiqlər qazanmaqla Azərbaycanın üzərinə müharibə variantıdır. Buna görə də sərhədin delimitasiyası getmir. Dünyada yalnız İran belə təsəvvür edir ki, Ermənistanın sərhədi var. Bir dəfə də olsun “Ermənistana delimitasiyaya get” deməyib. ABŞ, Aİ, Rusiya, Avropanın ayrı-ayrı dövlətləri Ermənistanı Azərbaycanla delimitasiya, demarkasiyaya getməyə vadar edir. ABŞ prezidentinin son məktubuna nəzər yetirək. Nəhayət, sənədin imzalanmasını COP-dan sonrakı dövrə keçirdi və delimitasiya və demarkasiyanı ön plana çıxardı. İran heç vaxt bu sözü deməyib. Bizim İran üzərində hesablamalarımız ən dəqiq hesablamalardır və biz buna da inanırıq. Ermənistana regionda elə şərait yaratmaq lazımdır ki, o həmişə Azərbaycana qarşı atəşkəs rejimini poza bilsin. İran da bu düşüncədədir. Ermənistanın indi Azərbaycanla istənilən anda eskalasiya yaratmaq məsələsi İranla birlikdə variantıdır. İran da bu variantı dəstəkləyir. Araz Azad İqtisadi Zonası həm də ona görə irəliləyə bilməz ki, hazırda İran Türkiyənin daxilində çox güclüdür. Çox böyük rüsvayçılıqlar törədib və TRT-nin rəhbəri, prezident R.T.Ərdoğanın davranışı bunu deməyə tam əsas verir.

İran və Ermənistan ikisi birlikdə regionda daimi dalğavari eskalasiya mühiti yaratmaq istəyirlər. Lazım olanda atəşkəsi pozsunlar, hərbi əməliyyatlar və müharibə üçün şərait yaratsınlar. Çünki regionda gedən proseslərin istiqaməti İran və Ermənistanı qane etmir. İndi isə artıq iqtisadi cəhətdən də Azərbaycanın İran və Ermənistanla birlikdə o layihədə iştirak etməyə ehtiyacı yoxdur. İran və Azərbaycan dünyada yeganə münasibətlər sistemidir ki, şərikli nefti, qazı, logistikası var. Astarada 50 hektarlıq logistika meydançası şərikli logistika hesab oluna bilər. Xəzər dənizində iki yataqla bağlı H.Ruhaninin dövründə Azərbaycanla İran arasında imzalanmış müqavilələri şərikli neft və qaz yataqları hesab etmək olar. İran əgər iqtisadi cəhətdən dirçələcəksə, burada ən böyük pay Azərbaycanındır. Belə olan halda Azərbaycan tarix qarşısında İranı xilas edir və İran isə ona Ermənistanı şərik edir. Bu yaramaz. Azərbaycan mümkün qədər İran-Ermənistan müttəfiqliyinin mahiyyətini anlamalı və onların anti-Azərbaycan məqsədlərinə qarşı çıxış etməlidir.



Xəbər 325 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +