General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin“
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək


28.10.2021  13:53 

Məleykə Abbaszadə qəbul imtahanlarında olacaq yeniliklərdən danışdı





A+  A-

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sosial şəbəkədə canlı yayımda çıxış edib, abituriyentləri və valideynləri maraqlandıran sualları cavablandırıb.

Qəbul imtahanları iki mərhələdə keçiriləcək

M.Abbaszadə bildirib ki, gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi səbəbindən əlavə olunan coğrafiya fənninin məzmunları II qrupla demək olar, eyni olacaq.

Dəyişiklik III qrupdakı gərginliyi aşağı salacaq

DİM sədri III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsinin qəbul imtahanı ilə əlaqəli müsabiqə vəziyyətinə elə də təsir etməyəcəyini vurğulayıb.

O qeyd edib ki, bu, əlavə fənn olacaq: “İxtisaslar iki alt qrupa bölünəcək. III qrupda kim yalnız beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasını seçirsə, onun imkanı var ki, bir dəfə imtahana gəlsin. Ana dili, coğrafiya və tarix fənnindən imtahan versinlər, əlavə imtahana girməsinlər. Eyni məntiq I qrupda da təqdim olunacaq. İnformatika yönümlü – riyaziyyat, fizika və infor ixtisaslarını seçənlər bir imtihanda iştirak edə bilər. Yalnız kimya üzrə istiqaməti nəzərdə tutanlar riyaziyyat, fizika və kimyadan imtahan verirlər. Onları kimsə məcbur etmir ki, əlavə informatikadan imtahan versinlər”.

M. Abbaszadə, həmçinin bildirib ki, bu il informatika fənni ilə əlaqədar müəlliflər qəbul edilib: “Qəbul proqramı elə nəzərdə tutulur ki, birinci illər imtahan kağız daşıyıcıları əsasında olsun. Növbəti illərdə isə kompüter vasitəsilə keçiriləcək. Bununla bağlı əlavə planlarımız var. Bu il I qrupda informatika fənni daxil olmayacaq. Gələn ildən isə həmin fənnin olması nəzərdə tutulur. Mart ayında, bəlkə də, bir az tez gələn ilki proqram ictimaiyyətə təqdim olunacaq”.

Qeyd edib ki, III qrup üzrə dəyişikliklə bağlı 1 300 yer əlavə olunacaq: “Dəyişiklik III qrupdakı gərginliyi bir növ aşağı salacaq. Bu da 300 bal toplayıb ali məktəblərə qəbul olmayanlar üçün şans deməkdir. Yuxarı reytinqli ixtisaslarda vəziyyət olduğu kimi qalacaq”.

Məleykə Abbaszadə valideynlərə müraciət edib

DİM sədri deyib ki, valideynlər internet vasitəsilə keçirilən sınaq imtahanlarında övladlarının əldə etdikləri nəticələri əvvəldən qiymətləndirə bilərlər.

O qeyd edib ki, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər:

“Bu nöqteyi-nəzərdən kağız daşıyıcısında olan imtahan daha əlverişlidir. Özəl kursların təşkil etdiyi sınaq imtahanlarının nəticələrinə biz cavabdeh deyilik. Çünki həmin imtahanların nəticələri real biliyi əks etdirmir. Biz açıq sualları imtahanlara təklif edirik, nəticələrini də ekspertlərimiz təhlil edir. Ancaq özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.

XezerNews.az

Xəbər 1188 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.01.2025  14:58 

Aparıcı Zaurun yeni biznesi

10.01.2025  23:51 

Balakəndə intihar hadisəsi olub

10.01.2025  17:31 

Daha bir tiktoker həbs edildi


BÜTÜN XƏBƏRLƏR +