23 yaşlı qız qızdırma dərmanından komaya DÜŞÜB?
Azərbaycanlı fəal ETTELAAT- a ÇAĞIRILDI
Plastik cərrahlara xəbərdarlıq: Yanvarın 31-dən...
Bakıda ət bir az da BAHALAŞDI
Vətəndaşı şantaj edən şəxs həbs edildi
Daha bir qurum meymunçiçəyi ilə bağlı məlumat yaydı
Həkimlər bahalı dərman satışından faiz götürür?
Azərbaycanlı gənc Moskvada bıçaqlandı
Azərbaycanlı biznesmen həbs olundu
Dərmandan zəhərlənərək ÖLDÜ


25.01.2025  16:26 

İntizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb





A+  A-

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib.

Bu barədə XəzərNews.az-a Ombudsman Aparatı məlumat verib.

Qeyd olunub ki, başçəkmə zamanı hərbi hissənin karantin yerinə, həbs otağına, anbarına, qısa və uzunmüddətli görüş otağına, mətbəxinə və yeməkxanasına baxış keçirilib, bir sıra nöqsanlar aşkarlanıb.

Başçəkmə zamanı həmçinin cəza çəkən hərbi qulluqçular konfidensial qaydada qəbul edilib, onlara hüquq və vəzifələri və Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda hərbi hissənin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində, həmçinin saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Xəbər 2910 dəfə oxunub.




27.01.2025  10:56 

Bakıda ət bir az da BAHALAŞDI

27.01.2025  10:12 

Bugün İslam aləmində BAYRAMDIR

27.01.2025  08:51 

Sürücülərin nəzərinə!

26.01.2025  18:16 

Xəzərdə zəlzələ olub

26.01.2025  10:28 

O əməliyyatdan 33 il ötür

26.01.2025  10:15 

59 yaşlı qadını avtomobil VURDU


BÜTÜN XƏBƏRLƏR +