Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


15.02.2023  10:35 

Fəhləyə 5 şirkət açıb, 1,5 milyon manat borca saldılar





A+  A-

Fəhləliklə məşğul olan Hacıqabul rayon sakini Söyüdbala Cəfərovun özünün xəbəri olmadan adına 5 şirkət yaradılıb. Beləliklə, həmin şəxsin dövlət büdcəsinə ümumilikdə 1 milyon 451 min 117 manat vergi borcu yaranıb.

XəzərNews.az xəbər verir ki, bununla bağlı ortada dövlət qurumunun rəsmi məktubu var.

Söyüdbala Cəfərov "Xəzər Xəbər"ə deyib ki, onun adına 5 şirkət açılıb və bu şirkətlərin fəaliyyətindən dövlətə külli miqdarda borcu yaranıb. Onun sözlərinə görə, Bakıda müxtəlif yerlərdə fəhlə kimi çalışıb. 2017-ci ildə ona Vergilər Nazirliyindən məktub gəlib. Məktubda adına 5 şirkətin olduğu və bir milyon manatdan artıq borcunun yarandığı qeyd edilib.

Söyüdbala Cəfərov əlavə edib ki, hətta məsələ ilə bağlı Vergilər Nazirliyinin müvafiq qurumlarında da olub. Amma məsələ həllini tapmayaraq qalıb.

Məsələyə məhkəmə müstəvisində də baxılıb və Söyüdbala Cəfərovun ölkədən çıxışına qadağa qoyulub.

Hazırda onkoloji xəstə olan Söyüdbala Cəfərovun tək istəyi məsələnin tezliklə həllini tapmasıdır.



Xəbər 984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +