Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


22.07.2022  19:23 

“Müharibədə 30-a yaxın jurnalist iştirak edib, onları da yada salın“





A+  A-

"Vətən müharibəsində 30-a yaxın jurnalist iştirak edib. Onları da yada salın, tədbir keçirin, adi bir plaket verin, heç olmasa, adi bir mesaj göndərin, könüllərini xoş edin. Şuşadakı media konfransına dəvət edin".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Vətən müharibəsi iştirakçısı, jurnalist Məğrur Əli Polad çıxış edib.

O, bildirib ki, görəsən Şuşaya toplaşan media məmurları, media nümayəndələrinin neçəsinin ağlına gəldi, neçəsi təşkilatçıları qınadı buna görə?..

"Axı media istər müharibə dövründə, istər ondan sonra müharibədən yazanda, çəkəndə, bəhs edəndə, həm də onları nəzərdə tuturdu! Axı siz Bakıda oturub yazıb-pozub sadəcə mənən əziyyət çəkəndə, onlar ölümlə üz-üzə, ən ağır fiziki əziyyətləri yaşayırdılar!", - deyə jurnalist narazılığını ifadə edib.

Onun sözlərinə görə, şəxsən mən heç kimdən heç nə gözləmirəm:

"İncimirəm, küsmürəm də. Amma həm qələm, həm də eyni zamanda silah həmkarlarım olan jurnalistləri nəzərdə tutaraq, bu cüzi diqqəti ummaqda haqlıyam!"

Qeyd edək ki, jurnalist statusuna Media İnkişaf Agentliyini işarələyib.

Xəbər 2087 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +