Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


20.07.2022  11:38 

Bu ifadələrlə Putin nə demək istəyib?





A+  A-

Tehranda keçirilən Astana üçlüyünün sammitində Rusiya və Türkiyə prezidentlərinin ikili görüşü olub. Görüş zamanı V. Putin Ərdoğana deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb. Və sonra da sosial medianın Azərbaycan seqmentində dərhal müzakirələrə, tənqidlərə səbəb olan bu sözləri söyləyib: "Sizə Əliyevdən böyük salam gətirmişəm".

Putin bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. Onun bu fikirləri söyləməsinin arxasında hansısa məkrli niyyətin dayandığı şübhə doğurmur. Əks halda bir-birinə qardaş deyən iki dövlət başçısının birindən digərinə salamı bir rus prezident niyə gətirməlidir?

Bu ifadələrlə Putin nə demək istəyib?

Təhlükəsizlik eksperti İlham İsmayıl özünün "facebook"dakı hesabında bunu "Putinin təxribatı" adlandırıb: "Tehranda Türkiyə Prezidenti Ərdoğanla görüş zamanı Rusiya Prezidenti Putin açıq təxribata əl atıb. Putin bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırladıb və Türkiyə Prezidentinə “Sizə ondan böyük salam var” deyib.

Putin bununla nə demək istəyib? Azərbaycan Prezidenti Rusiyaya Türkiyədən daha yaxındırmı? Türkiyədən çox Rusiya iləmi problemlərimizi bölüşürük? Bu, keçməyən təxribatdır. Bunu həm Türkiyənin, həm də Azərbaycanın sıravi vətəndaşlarından tutmuş dövlət başçılarına qədər hamı bilir ki, Türkiyə bizim üçün ən yaxın qardaş ölkədir. Rusiya isə.., bütün bəlalarımızın başında gəlir. Putinin bu təxribatı da indiyədək bizə qarşı yönəlmiş Rusiya təxribatlarının tərkib hissəsidir.’’ /Azpolitika

Xəbər 1673 dəfə oxunub.




13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +