Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


18.12.2018  09:17 

Fransa polisindən etirazçılara dəstək





A+  A-

Günlərdir “Sarı jilet”lər aksiyalarından daha da əldən düşən Fransa polisi də etiraza qalxıb.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb.

Qəzəbli Polislərin Səfərbərliyi (MPC) Assosiasiyasının vitse-prezidenti Giyom Löbon BFMTV televiziya kanalında çıxışında polisin səbir kassasının dolub daşdığını bildirib. Qeyd edib ki, 15 il stajı olan və aktivində 200 saatdan çox əlavə iş saatı toplanmış polis əməkdaşları artıq cana doyduqlarını bildirirlər. Son bir ayda polis əməkdaşları “Sarı jilet”lər aksiyaları zamanı 23 saat dayanmadan iş başında olublar. Mənəvi və fiziki baxımdan üzülüblər.

“Hökumət hər dəfə aksiyadan sonra uğurlu fəaliyyətinə görə polisi alqışlayır, ancaq bunun arxasında konkret heç nə olmur”, - deyə vurğulayan G.Löbon deyib ki, “Sarı jilet”lər kimi polis də alıcılıq qabiliyyətinin yüksəldilməsini, əmək haqqına yenidən baxılmasını tələb edir.

Bildirilib ki, 2017-ci ildə milli polisin aktivində toplanmış 21.7 milyon əlavə iş saatı 2014-cü illə müqayisədə 18 faiz artıb.

Xəbər 1388 dəfə oxunub.




13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +