Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


15.12.2018  16:29 

“Borcum vardı, Əliyevə zəng etdim ki, təcili...” - Lukaşenkodan etiraf





A+  A-

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün rusiyalı jurnalistlərin iştirakı ilə 5 saata yaxın davam edən mətbuat konfransında Azərbaycanla bağlı daha bir maraqlı fakt açıqlayıb.
XəzərNews.az Lukaşenkonun rəsmi saytına istinadən xəbər verir ki, Belarus prezidenti borcu olduğu üçün Rusiyanın ölkəsinə qaz nəqlini dayandırdığını və bu səbəbdən prezident İlham Əliyevə zəng vurduğunu etiraf edib:

“O zaman mən təcili olaraq Rusiyaya 900 milyon dollar qaytarmalı idim. Doğma qardaşlarım məni sıxışdırırdılar. Qazı kəsmişdilər. Mən zəng etdim: İlham, dedim, (prezident İlham Əliyev) mənə təcili 900 milyon lazımdır. Maliyyə nazirini, hökumət nümayəndələrini göndərəcəm, onlar saziş bağlayacaqlar. Lakin mənə pul sabaha lazımdır. Putinə 900 milyon qaytarmalıyam. Bu, yəqin ki, 8 il əvvəl olub. Sözün düzü, o, mənə sabah 900 milyon verdi. Söz verdim ki, üç həftə sonra və ya bir aya qaytaracam. Lakin daha tez qaytardım. Qulaq asın, bu, çox dəyərlidir. Bu səbəbdən də mən ona çox yaxın insan kimi yanaşıram. O da, həmçinin, mənə qarşı”.

Xəbər 1428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +