Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


12.02.2025  11:48 

O bir Azadlıq carçısı idi





A+  A-

Azərbaycanımızın və çağımızın dünya şöhrətli rəssamı Əkbər Behkəlam beyin insultu nəticəsində Berlin şəhrində həyatını itirdi. Onun vəfatını millətimiz üçün böyük itki hesab edirəm.

Əkbər Behkəlam həyatı boyunca öz doğma yurduna sevgi və məhəbbətini itirməmiş və bir gün Vətəni, doğma yurdu Təbrizə qayıdacağı düşüncəsi ilə yaşayırdı. Təəssüf ki, o bu arzusunu ozüylə apardı.

Əkbər Behkəlam İranda olan terror və cinayətlərə qarşı istər şah, istərsə də movcud rejimə və dini fanatizmə qarşı rəng və fırçası ilə mucadilə aparırdı.

O bir Azadlıq carçısı idi. Öz əsərlərində bu istəyini çeşidlı şəkillərdə çəkdiyi tablolarda sərgiləyirdi. Hətta o məktəb illərdində rəsm çəkməyi belə fars dilini öyrənməkdən üstün tutmuşdu.

Dünya şöhrətli bu rəssamımızın əsərləri Amerika, Latın Amerikası, Asiya, Afrika və Avropa ölkələrində, Azərbaycanda - Bakı şəhərində də sərgiyə qoyulmuş (“Qaçma yolları” adlı fərdi sərgisində “Günəş həsrəti”, “Günorta bürküsü”, “Batan qayıq”, “Faciəni nəzərə alaraq”, “İnsan mənzərələri”, “Gecə Berlin divarlarının düşməsi”, “Sıxıntı”, “İşıqlıq görüntüsü”, “Yeni həyat”, “Uçqun”, “Gediş”, “Yüksəlirkən”, “Ay işığında” və başqa əsərləri nümayiş etdirilib), bir çox muzeyləri bəzəmişdir.



O, 1972-1974-cü illərdə yeni yaradıcılıq axtarışları ilə bağlı Paris, Frankfurt, Roma və Berlin şəhərlərində yaradıcılıqla məşğul olub. Sonra İrana qayıdan Əkbər Behkəlam 1976-cı ilədək Təbriz İncəsənət Məktəbində müəllim kimi çalışıb. 1976-cı ildən Almaniyanın Berlin və Brandenburq şəhərlərində yaradıcılıq fəaliyyətini davam etdirib. Onun əsərləri müxtəlif ölkələrin muzey və qalereyalarında nümayiş olunub.

Millətimiz üçün də böyük itki olan belə bir silahdaşı - soydaşı itirmək ürək ağrıdır.

Əkbər Behkəlam Almaniyada yayımlanan “Ana dili” qəzetinin də himayəçisi idi. Biz “Ana dili” qəzeti adından bu itgini Bütöv Azərbaycan millətinə, onun yaxınlarına, ailəsinə ürəkdən baş sağalığı verib, ruhunun şad olmasını diləyirik.

Nurəddin Qərəvi
“Ana dili” qəzetinin təsisçisi
Almaniya/Bonn



Xəbər 2497 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +