Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


13.02.2025  14:38 

“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?





A+  A-

"Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib”.

XəzərNews.az xəbər verir ki, bu barədə Caliber.Az məlumat yayıb.

Bildirilib ki, bu düzəlişlər əsasən “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də “BBC”yə (“BBC News Azərbaycanca”) təsir edəcək.

Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq,

“Azərtac”ın Rusiyadakı müxbirləri qədər “Rossiya seqodnya”nın müxbirləri də ölkəmizdə işləyəcək.

Qeyd edək ki, “Rossiya seqodnya”nın Bakı bölməsinin işinə 40-a yaxın şəxs cəlb olunub. Filialın özünün isə ləğvi gözlənilir - “Rossiya seqodnya” Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.

Xəbər 155 dəfə oxunub.




13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +