Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


21.10.2021  10:11 

“Qarabağ” UEFA-da üçüncü oyununu keçirəcək - BU GÜN





A+  A-

Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək.

XezerNews.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaq. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyi ilə Bakıya gətirilməyib.

Hazırda "Qarabağ" 4 xalla H qrupuna liderlik edir. Bir xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb. Bu qrupun digər oyununda Kiprin "Omoniya" klubu İsveçrədə "Bazel" komandasının qonağı olacaq.

Xəbər 3134 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +