Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


19.04.2021  09:43 

Rusiya MN-dən Qarabağ açıqlaması





A+  A-

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 18-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur” – açıqlamada deyilir.

Məlumata görə, Rusiya sülhməramlıları bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yeddi karvanını müşayiət edib:

“Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca və ikisi əks istiqamətdə”.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Xankəndidəki Rusiya Humanitar Missiyası ilə birlikdə yerli sakinlərə kömək məqsədilə dörd humanitar aksiya keçiriblər.

“Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər.

Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 5 hektar ərazi, 1 km yol təmizləndi, 7 partlayıcı maddə tapıldı. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 20 sosial ərazi, 620 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 580 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”, - deyə Rusiya MN-dən bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq istiqamətində səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Xəbər 2964 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +