Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


10.02.2021  23:18 

Rusiyanın Orta Şərqdəki əsas hədəfləri açıqlandı





A+  A-

“Rusiyanın Orta Şərqdəki əsas hədəfi gərginliyi azaltmaq və vəziyyəti normallaşdırmaqdır”.
XəzərNews.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi Orta Şərq və Şimali Afrika Dairəsi direktorunun köməkçisi Aleksey Skosırev dilə gətirib.

“Valday” Beynəlxalq Diskussiya Klubunda baş tutan bir iclasda danışan Skosırev Rusiyanın hədəflərini açıqlayıb:

“Rusiya Orta Şərqdəki bütün münaqişələrin hərtərəfli və konstruktiv, tərəflər arasında fərq qoymadan, BMT himayəsində tənzimlənən və başda Ərəb İttifaqı ilə İslam Əməkdaşlıq Təşkilatı olmaqla, bölgədəki açar quruluşların yer aldığı bir dialoq tərəfdarıdır”.

O əlavə edib ki, Rusiyanın ikinci hədəfi Orta Şərq və Şimali Afrikada yeni təhlükəli hərbi böhranların ortaya çıxmasının qarşısını almaqdır:

“Üçüncü hədəf isə Orta Şərqi sülh, yaxşı qonşuluq və qarşılıqlı mənafelərə söykənən əməkdaşlıq bölgəsinə çevirməkdir”.



Xəbər 4210 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +