Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


28.01.2021  09:18 

Livanda etirazçılarla polis arasında toqquşmalar - 226 nəfər xəsarət alıb





A+  A-

Livanda, Tripolinin şimalında nümayişçilərlə polis birləşmələri arasında alovlanan küçə toqquşmaları nəticəsində indiyədək 226 nəfər xəsarət alıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Al-Wataniya” agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, onların çoxuna yerində tibbi yardım göstərilib, 35-i hospitala yerləşdirilib.

Livan ordusu Tripolinin mərkəzində yerləşən əsas meydanı nəzarətə götürüb. Zirehli texnika küçələrdə keşik çəkir.

Tripolidə yaşananların səbəbi ölkədə koronavirusa yoluxma hallarının artması fonunda hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdir.

Yanvarın 21-də Ali Müdafiə Şurası Livandakı fövqəladə sanitariya vəziyyətini fevralın 8-dək uzadıb.

Xəbər 3446 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +