Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


15.07.2025  20:32 

Dövlət qulluqçularının maaşı artırıldı





A+  A-

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanın dövlət qulluqçularının ortaaylıq əməkhaqqısı 1971 manata yüksəlib.

XəzərNews.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü il ərzində dövlət qulluqçularının maaşında orta hesabla 38 manat və ya 2 faiz artım baş verib.

Son 5 ilin müqayisəsi göstərir ki, dövlət qulluqçularının maaşında ən az artım ötən il qeydə alınıb. Beş il əvvəl dövlət qulluqçuları 1216 manat maaş alırdı. Bu göstərici 2022-ci ildə 1785 manata, 2023-cü ildə 1933 manata yüksəlib.

Dövlət qulluqçuları arasında ən yüksək orta əməkhaqqını Bakıda çalışanlar alır. Onların ortaaylıq maaşı 2540 manat təşkil edib. Son bir ildə Bakıda çalışanların maaşında 36 manat, yəni 1,4 faiz artım olub.

Bakıda rəhbər vəzifədə çalışan dövlər qulluqçularının maaşı isə 4708 manata çatıb. Bir il əvvəl rəhbər vəzifədə çalışan şəxslər 4673 manat alırdılar.

Xəbər 1437 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +