Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.03.2017  17:36 

İslamiadanın Xəzərdən başlanan su marşrutu elan olundu





A+  A-

IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan səyahət marşrutu elan edilib.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycanın 15 bölgəsinə səfər aprelin 5-də Dağ Salnamə Muzeyindən start götürəcək. Yürüş mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasimi üçün təşkil olunacaq. Səyahət turunun əsas mövzusu İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik simvolu olan Sudur. Layihə çərçivəsində Azərbaycanın su bölgələrini təmsil edən 16 uşağın hər biri, "Bakı 2017" Su Səhəngi ilə Xəzər dənizindən su götürəcək və öz döğma şəhər və evlərinə aparacaqlar. Bununla da İslamiada Xəzər gözəlliyindən, sevgisindən və paklığından hər evə bir pay verəcək.
37 gün ərzində 3 min km-dən artıq məsafənin qət olunacağı səyahət turu Xəzər dənizindən başlayaraq Azərbaycan ərazisində mövcud olan 15 su yerlərində keçiriləcək. Səyahət zamanı bu yerlərdən toplanan su Açılış Mərasiminin bir hissəsi olacaq. Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq. Xəzər dənizinin suyu ilə doldurulmuş "Bakı 2017" səhənglərinin nümayişi zamanı, tədbirə pulsuz qatılacaq hər bir vətəndaş Azərbaycan musiqisindən, rəqslərindən zövq alıb, su effektlərinin yaratdığı gözəlliyi, eyni zamanda aətşfəşanlığı izləmək imkanı qazanacaq.
Xəzərdən başlayan səyahət aprelin 5-də Bakıda, aprelin 7-də Naxçıvanda, aprelin 9-da Astarada, aprelin 11-də Şirvanda, aprelin 13-də Sabirabadda, aprelin 15-də Ağcabədidə, aprelin 17-də Horadizdə (Fizuli), aprelin 19-da Gəncədə, aprelin 21-də Şəmkirdə, aprelin 23-də Mingəçevirdə, aprelin 25-də Qaxda, aprelin 27-də Qəbələdə, aprelin 29-da Qusarda, mayın 1-də Qubada, mayın 3-də Qaradağda, mayın 5-də Sumqayıtda olacaq.
Qeyd edək ki, Azərbaycan dəmirdöymə sənətinin incisi "Bakı 2017" Su Səhəngləri 3 ölçüdə hamar və döymə misdən hazırlanıb və ənənəvi islam dünyası səhənglərinin dizaynını özündə təcəssüm etdirir.

Xəbər 1761 dəfə oxunub.



13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +