Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


28.10.2024  19:55 

“Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatı oldu – Foto/Video





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatı keçirilib.

Xəzərnews.az Diaspora.TV-yə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qəzənfər Bayramov bildirib ki, müasir Türkiyədə demokratik çoxpartiyalı siyasi sistemin yaranımasında və bərqərar olmasında rol oynamış azərbaycanəsilli şəxslərin, o cümlədən Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Əziz Alpout, İbarahim Cahangirzadə, Əli Əkbər Tufan və başqalarının fəaliyyətinin öyrənilib təbliğ edilməsinə ehtiyac var.



Onun sözlərinə görə, “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə hazırladığı “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabı bu istiqamətdə ilk sistemli işlərdən biri olmaqla tədqiqat istiqamətinin inkişafina, siyasi tariximizin mühüm dövrü haqqında mövcud ağ ləkələrin aradan qaldırlmasına, eyni zamanda, cəmiyyətlərimiz və siyasi partiyalar arasında sağlam münasibətlərin dərinləşməsinə töhfə verə bilər:



“Layihə çərçivəsində Azərbaycan və Türkiyə arxivlərində aparılmış araşdırmalar, XX əsrin əvvəllərində yaşamış azərbaycanəsilli türk siyasi xadimlərinin varisləri ilə müsahibələr, ailə arxivləri əsasında hazırlanan məqalələr maraq doğurur. Xüsusən İqdır Milli Cümhuriyyətinin, Cənub Qərbi Qafqaz Cümhuriyyətinin qurucuları olan azərbaycanəsilli siyasətçilərin fəaliyyəti haqqında Azərbaycanda məlumat qıtlığının aradan qaldırılmasında kitabın əhəmiyyətli olacağını, həmin materialların gələcəkdə bu yöndə aparılacaq daha geniş tədqiqatlar üçün ciddi mənbə rolu oynayacağını düşünürük. Bununla yanaşı, hesab edirik ki, kitabda Türkiyənin şərq vilayətlərinə digər dövlətlərin iddialarının, eləcə də həmin vilayətlərin əhalisinə qarşı kütləvi qətliamların qarşının alınmasında azərbaycansəilli siyasətçilərinin müstəsna rol oynaması haqda qənaətlərin daha geniş əsaslandırılmasına ehtiyac var”.



Təqdimata internet üzərindən qatılan İqdır Cümhuriyyətinin qurucusu Hacı Ələkbər Ramazanoğlunun nəvəsi, TADEV-in baş koordinatoru Ələkbər Tufan yeni kitabın çap edilməsində əməyi olan hər kəsə minnətdarlığını çatdırıb. O qeyd edib ki, bölgənin müsəlman əhalisinə qarşı soyqırımı cinayətləri törədilməsinə qarşı yerli ziyalıların təşkilatçılığı ilə milli mübarizə aparılıb. Onun sözlərinə görə, təqdimatı keçirilən kitabda həmin mübarizədə rol alan, İrəvan xanlığının Türk dünyasına xatirəsi sayılan İqdırın xalqın gələcəyi naminə əsl fədakarlıq nümunəsi göstərən ziyalıları, onların fəaliyyəti haqqında dəyərli məlumatlar yer alıb. Yeni nəşr İqdır və Cənub Qərbi Qafqaz Cümhuriyyətlərinin yaranmasına, onların qurucu liderləri Hacı Əliəkbər və İbrahim Cahangirzadənin fəaliyyətinə işıq salıb, yeni nəsillər üçün ortaya nümunə qoyub.



Kitabın ideya müəllifi Cəmaləddin Quliyev yazdığı ön sözdə qeyd edib ki, azərbaycanəsilli ziyalılar Türkiyənin ictimai-siyasi həyatının, sadəcə iştirakçıları deyildilər, onlar həm Osmanlı, həm də yeni Türkiyənin ictimai-siyasi fikrinə, milli siyasi konsepsiya və ideologiyasının formalaşmasına, institusionallaşmasına təsir edən, türk siyasətinə yeniliklər, fərqli mövzular gətirən yeni ideoloji axınlar yaratmağa qadir ideoloqlar olublar. Keçmiş İrəvan (İrəvan və Naxçıvan xanlıqları) və Qars quberniyalarının sakinləri olan azərbaycanlılar Türkiyədə siyasi partiya quruculuğuna töhfə vermiş, daha doğrusu, Difai və Müsavatın yerli filialları buralarda siyasi fəaliyyətin ilk işartıları olmuşdu. Eyni şəxslər sonralar CHP-nin, daha sonralar qurulacaq yeni partiyaların həmin bölgələrdə ilk üzvləri və yerli təşkilat sədrləri olmuş, beləliklə, hazırda Türkiyənin şərq bölgələrinə siyasi iştirakçılıq mədəniyyəti gətirmişlər. Məhz azərbaycanlılar həmin bölgələrdə ilk vətəndaş cəmiyyəti, insan haqları, qadın haqları təşkilatları qurmuşlar. Onların xidməti yalnız bununla da bitmir. Türkiyənin şərq vilayətləri - indiki Qars, İqdır, Ağrı, Ərdəhan, müəyyən qədər Ərzurum və Çorum vilayətləri uğrunda Ermənistan, Rusiya, Gürcüstan illər uzunu Osmanlı, sonra Türkiyə Respublikasına qarşı amansız müharibələr aparmış, davamlı təxribatlar törətmişdilər. Osmanlının I dünya savaşından məğlub kimi çıxması səbəbindən ordunun lazımi gücü olmadığından yerli əhalinin mübarizəsinin, siyasi baxımdan təşkilatlanması, özünümüdafiə dəstələri təşkil etməsi, ən əsası, gələcəkdə tərkibində olmaq istədikləri dövlətlə bağlı tərəddüdsüz seçimlərinin həmin ərazilərin taleyində müstəsna rolu vardı”.



Əməkdar jurnalist Azər Həsrət qeyd edib ki, qardaş xalqlarımızın ortaq siyasi tarixinin öyrənilməsi zamanı obyektiv yanaşmalara, siyasi korrektliyin gözlənməsinə ehtiyac var.



Diaspora.TV-nin rəhbəri və kitabın redaktoru Niyaz Niftiyev, Vizion TV baş redaktoru Şöhrət Əliyev Türkiyədəki diaspor təşkilatlarının bu irsin qorunub öyrənilməsində və təbliğində yetərincə fəal olmamasına diqqət çəkmişlər.



Kitabın həmmüəllifi Asif Nərimanlı bildirib ki, bu nəşr mühacirət tariximizə yeni yanaşmanın gəlməsi, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni Türkiyədə davam etdirən azərbaycanəsilli siyasətçilərin həm də qardaş ölkənin siyasi-ideoloji quruculuğunda mühüm rol oynaması tarixinə işıq tutmaq baxımından ciddi mənbədir.



Layihənin Türkiyə koordinatoru Ramiyə Məmmədova, tarixçi alim, DİA-ın müəllimi Məhsəti Əliyeva, politoloq, DİA-nın müəllimi Zaur Məmmədov, tarixçi Rasim Mirzəyev və başqa iştirakçılar öz çıxışlarında kitabın ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, kitab tərcümə olunaraq digər dillərdə təqdim edilməli, XX əsrin əvvəllərində Azərbaycanın və Türkiyənin, bütövlükdə Şərqin siyasi tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətlərimiz daha çox tanıdılmalı, bu təqdqiqatlar daha geniş dövrü və coğrafiyanı əhatə etməlidir.



Xəbər 2742 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +