“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


09.08.2022  10:16 

“Broker Əbülfəz“ bu məmur övladları ilə şərik olub?





A+  A-

Avqustun 8-də "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

XəzərNews.az "Turan"-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə artıq Ə. Məlikovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədən bildiriblər ki, sahibkara qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Ə. Məlikovun həmçinin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun qızının şəriki olduğu məlum olub.

Belə ki, "HORSE HUSBANDRY" MMC şirkətinin sahibləri Eyyubova Sənifə Bəylər qızı (Bəylər Əyyubovun qızı), Məlikov Əbülfəz Ağarəhim oğlu, Məmmədov Adil Məhərrəm oğludur.

Şirkətin direktoru isə Məlikov Əbülfəz Ağarəhim oğludur.

MMC 2011-ci ilin martın 14-ü qeydiyyatdan keçib. Qeydiyyatda olduğu ünvan Bülbül prospekti, ev 30,mənzil 11-də yerləşir.

Sonrakı illərdə şirkətin direktoru Əhsən Hüseynov olub.

Eyni ünvanda “Aqro Kompleks Qəbələ” MMC qeydiyyatdadır

Adından bəlli olur ki, "HORSE HUSBANDRY" şirkəti at yetişdirmə işi ilə məşğuldur.

Əbülfəz Məlikov həm də 2002-ci ildə yaradılmış Azərbaycan "Jokey Klubu" MMC-nin direktorudur. Şirkətlərin nə qədər fəal olub- olmadığı bəlli deyil.

Amma "Aqro Kompleks Qəbələ" ölkədə kənd təsərrüfatında əhəmiyyətli paya sahibdir. Çox böyük torpaq sahələrinə sahib olan şirkət həm də hər il dövlətdən əhəmiyyətli subsidiyalar alır. Yaranarkən sahibi və direktoru Əbülfəz Məlikov olub.

İndi isə direktor Nağıyev Oktay Rüfət oğludur. Şirkətin otuz milyon manata yaxın səhm kapitalı var.

"Qəbələ aqrokompleks" məhdud məsuliyyətli cəmiyyəti Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərovun övladlarının sahibi olduğu “Gilan” holdinqə daxildir.

Əbülfəz Məlikovun oğlu Murad Məlikovun da adına bir sıra şirkətlər var.

Xəbər 2321 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +