Hakan Fidan Hikmət Hacıyevi qəbul edib
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Bəylər Əyyubova müavin təyin edilib - Foto
Azərbaycanda bu universitet ləğv olundu
Bakının adamı şikəst edən keçidləri
Qarla bağlı XƏBƏRDARLIQ
Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü
Şəhidin xatirə lövhəsi niyə sökülüb?
Prezident Administrasiyası dəyirmi masa keçirir
Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi


25.02.2025  17:53 

Eldar Əzizov və onun BƏRBAD komandası...





A+  A-

Əslində, Eldar müəllimin yaxşı komandası olmalı idi. Peşəkar, beynəlxalq təcrübəli, abad və təmiz şəhərimizi bərbad günə qoymayan komanda. Qar yağanda, şaxta düşəndə gözdən ilim-ilim itən, bir gün qabaq “biz hazırıq deyib” yalançı piar edən komanda yox. Bu barədə bir qədər sonra…

Eldar müəllim keçmiş komsomol işçisidir. Amma bu qədər illərdən sonra yenilənmə hiss olunmalı idi. İnnovasiyanı hiss etmirik Eldar müəllim.



Nizami rayonunda sizi açıq mikrafon tədbirləri ilə xatırlayıram. Bu, əla strategiya idi. Şikayətçini dinləyib hansısa bir tabeli qurum rəhbərini danlamaq və sakinlərdə sadə məmur təsəvvürü yaratmaq öz müsbət effektini vermişdi. Əsas vacib istiqamətlər isə saat kimi stabil reallaşdırılırdı. Yəni abadlıq, yaşıllaşdırma, tikinti və sair proseslərə nəzarət.

Gəncənin icra başçısı oldunuz. Tarixi şəhəri alkaponla qapadız. Dostlarınız olan bəzi iş adamları dəstək üçün orada sizin köməyinizlə göz oxşayan binalar da tikdi. Kvadratı da ucuz olmadı. Yaxşı qiymətə satıldı da.

Sumqayıtın icra başçısı olduz. Alkapon əməliyyatı davam etdi. Amma sizdən sonra hamısı söküldü. Demək ki, yararsız imiş. Məqsədəuyğun olsa idi bu gün də nümunə göstərilərdi. Amma izi tozu qalmadı. Qalan isə sahibkarların ah-naləsi oldu. Çünki onlara ikiqat zərər dəymişdi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olanda isə biz yaxşı qurtardıq. Bura axı paytaxtdır. Alkaponlaşdırma dövrü bitdi. Deyirlər gəlirli sahə imiş… Heyf. Amma Bakıda daha effektiv istiqamətlər var idi. İndi də var.

Bakının mərkəzində ticarət və restoranlar, arxitektur binaların üzərində yüngül konstruksiyalı tikililər, restoranların qarşısında artırmalar hamısı sizin rəhbərlik dönəminizdə müşahidə olunmağa başladı.

Hacıbala müəllim də pis işləmirdi. Bina tikintisində yaşanan bum Abutalıbovun qızıl dövrü idi. Siz də yəqin o tarixə baxıb köks ötürürsiz…

Düşünürəm ki, Bakının ərazisində ən uğurlu iş yaşıllaşdırmadır.

Kimdir soruşan ki, filan vaxtı filan səkinin ortasında əkilən kollar niyə qurudu?

Dekorativ ağacların yerdəyişməsi kimin diqqətini çəkir axı?

Yaxud mövsümü olmasa belə ərazinin abadlaşdırılması adı altında dekorativ kol və ağacların əkilməsi prosesi.

Məhdudiyyət var? Əsla. Şəhər axı yaxşı görünməldir. Sorğu sualsız rahat və gözəl işdir. Alkapon kimi göz deşmir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin fəaliyyəti bəlkə də ən dəqiq yoxlanılmalı olan sahədir.

Hüquq-mühafizə orqanı tərəfindən a-dan z-yə yoxlanılmağa ehtiyacı var bu Departamentin.

Bir neçə gün öncə mediada məlumat çıxmışdı ki, təkcə elə Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5 milyon borcu var imiş. 5 milyon elə bilirsiz böyük rəqəmdir? Məncə bu rəqəmi görən bəzi məmurlarımız qımışdı, dodağı qaçdı. Necə deyərlər bu qəpik-quruş söhbətidir.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Qış qarajı var. Hər qar yağanda yada düşür.

Hanı o qar təmizləyən avtomobillər?

Yolların intensiv işlək mexanizmlə təmizləmə proqramı var?

Hansı planlı işlər reallaşdırılır?

Bu qarajın fəaliyyəti bir qum-duz dağıdan avtomobilin qar yağıb bitəndən bir gün sonra gözə dəyməsi ilə bitmir axı. Yaxud da çovğunlu havadan bir gün qabaq reklam xarakterli piarla.

Bakı Şəhər İcra Hakimiyyəti başçısnın səlahiyyətləri hansı radiusda daralır? Su, qaz, işıq, kanalizasiya problemləri sizlik deyil. Bu bəllidir. Bəs yaxşı sizlik olan nədir?

Yaşıllaşdırma, Kommunal Təsərrüfat, Küçə Ticarəti. Əla istiqamətlərdir.

Pandemiya dönəmində küçələr daim yuyulurdu. Dərman, su istifadəsini də kimdir ölçüb biçən axı? Yaxşı təbliğatı gedirdi. Ucu-bucağı, eni-uzunu lazımi qiymətləndirməyə cavab verən küçə və prospektlərin dərmanla yuyulması. Bundan gözəl xidmət ola bilərdi?



Qarlı-şaxtalı havada polis əməkdaşları bilmirdi yol açsın, yol təmizləsin, nəqliyyatın hərəkətinə nəzarət etsin. Əlacsız yola qum, duz da səpirdilər. Səmimi etitraf edək ki, polis əməkdaşları qəhrəmanlıq göstərdilər. Bu həqiqətdir. Əslində belə olmamalı idi.

Niyə biz sizin rəhbərlik etdiyiniz komandanın çevik və diqqətəlayiq hərəkərini görmədik?

Yasamal ərazisində bir qrup gənc sürüşən avtomobilləri qəzadan qorumaq üçün canlarını sipər etmişdi. Sağ olsunlar. Bəs bu hadisəyə necə qiymət verirsiz? O yol təmizlənməli idi. Camaatın canı bahasına yox büdcədən ayrılan vəsaitin düzgün istiqamətdə xərclənməsi hesabına.

Sosial media hesablarında 100-lərlə belə video faktlar var. Müsair texnika axtardıq gözümüzə Mənzil İstismar Sahəsinin əməkdaşları dəydi. Əllərində bel, süpürgə ilə. Acınacaqlı durumdur Eldar müəllim. Başqa necə ifadə edim bu yaşananları?

Amma niyə biz də başqa dövlətlərdə olduğu kimi prospekt və küçələrimizin fasiləsiz bir neçə qar təmizləyən avtomobillə təmizlənməsini görməyək. Bakı ətrafı və yaşayış binalarının qarşısı və məhəllələri demirəm. Ora ümumiyyətlə yaddan çıxıb.

Biz niyə digər ölkələrdə bu işi görən şirkətlərlə qarşılıqlı əməkdaşlıq etmirik, informasiya mübadiləsi aparmırıq. Varsa da görmürük. Yalnız xaricə gedib gəzib gəlmək yox kadr yetişdirməyi nəzərdə tuturam. Hanı inkişaf, hanı innovasiya, hanı xərclənən pulların müsbət nəticəsi?

Bakıda tuneli su basanda demişdiz axşam toplaşacaqsız. Cavabı da olmadı. Bu günlərlə bağlı bəs nə tədbir görüldü?

Qanqster də olsa ALKAPONenin yaxşı bir sözü var. O deyirmiş ki, “Problem sənə toxumayana qədər sən problemə toxunma”.

Eldar müəllim problem axı nəinki toxunur, o qapıdadır və artıq içəri də daxil olub. Bəlkə problemə toxunasız, həll olunsun deyə.

Eldar müəllim bəlkə brifinq keçirəsiz? Bu yazıda olan və olmayan sualları ünvanlaya bilək.

Dərhal düşünə bilərsiz ki, yazı sifarişlidir. Bəli elədir ki, var. Bu sosial sifarişdir. Sualları cavabsız qalan sosial sifariş…. (Ajans.az)

Xəbər 141 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.02.2025  17:30 

Əli Əsədov yeni qərar İMZALADI

25.02.2025  17:25 

1 milyon TL məni susdura BİLMƏZ

25.02.2025  16:34 

Qarla bağlı XƏBƏRDARLIQ

25.02.2025  15:20 

“Ağsu” mehmanxanası bağlandı

25.02.2025  14:58 

Müjde Ar qəza keçirdi


BÜTÜN XƏBƏRLƏR +