Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


17.01.2018  21:19 

Sürücülərə şad xəbər: Bütün qərarsız radar cərimələri silindi





A+  A-

Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin [email protected] saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb.
XəzərNews.az avtosfer.az-a istinadən xəbər verir ki, DİN rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan radar cərimələrinin (MMX) protokollardır.

Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: “Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirdisə, artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir”.

Bununla yanaşı, Kamran Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu yenilik sürücüləri arxayın salmamalıdır: “Sürücülər qərarsız cərimələri də ödəyə bilərlər. Asanpay.az və [email protected] saytlarında bu imkan yaradılıb. Kimsə arxayın olmasın ki, gizlənmək yolu ilə cərimədən azad ola bilər. Hətta vaxtın tamam olmasına 1 gün qalsa belə həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Bundan əlavə, yol polisi əməkdaşları da həm küçə və yollarda, həm də stasionar postlarda nəzarəti gücləndiriblər. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni, sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və rəsmi qaydada təqdim olunacaq. Bundan əlavə, yaxın vaxtlarda daha bir yenilik gözlənilir. Sürücülük vəsiqəsi dəyişdirildikdə, avtomobil texniki baxışdan keçirildikdə və ya qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı qərarsız cərimələr bir-bir həmin sürücüyə rəsmən təqdim olunacaq. Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. Hazırda köhnədən qalan cərimələr silinir. Bir ili tamam olmayanlar isə adı qaydada sürücülərə çatdırılır”.

Xəbər 4111 dəfə oxunub.




15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video


BÜTÜN XƏBƏRLƏR +