TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


01.12.2017  12:24 

6 ölkə rəhbərindən Qarabağla bağlı bəyanat





A+  A-

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səylərinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.
XəzərNews.az xəbər verir ki, bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları tərəflərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında siyasi-diplomatik vasitələrlə kömək göstərən yeganə beynəlxalq birliyin müvafiq mandatına malik olan qurumdur:

"Biz Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq.

Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik” – deyə bəyanatda bildirilib.

Xəbər 2770 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +