İlham Əliyevdən Davos paylaşımı
Diqqət: Bəzi ərazilərdə işıq olmayacaq
Yük avtomobili yandı: 14 ton qida məhv oldu
Türkiyədə matəm elan olundu
Prezident İsrail lideri ilə görüşdü
Meloni yenə diqqət çəkdi
Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb?
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Nəzrinin ölümü ilə bağlı cərrah saxlanıldı
Baş həkim niyə İŞDƏN ÇIXARILDI?


01.02.2022  17:55 

D18 Hərəkatının üzvü Cəlil Zabidov saxlanılıb





A+  A-

Yanvarın 31-də D18 Hərəkatının Yardımlı rayonunda yaşayan üzvü Cəlil Zabidov saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə D18 Hərəkatının feysbuk səhifəsində məlumat verilib.

Məlumatda deyilir:

- Demokratiya 1918 Hərəkatının Yardımlı rayonunda yaşayan üzvü Cəlil Zabidov bu gün günorta saatlarında rayondakı kafelərin birində əyləşdiyi zaman özünü "rəis müavini" kimi təqdim edən Vüqar Bəhmənov tərəfindən saxlanılıb polis şöbəsinə və bir neçə saat sonra Yardımlı rayon məhkəməsinə çıxarılıb.

Cəlil Zabidov ilk məhkəmə iclasında vəkil tələb etdiyi üçün məhkəmə bir neçə saat yenidən təxirə salınıb və formal olaraq vəkillə təmin edildikdən sonra Yardımlı rayon məhkəməsinin qərarı ilə 535-ci maddə ilə (Polisin qanuni tələblərinə tabe olmama) 25 sutka inzibati həbs cəzası alıb.

Cəlil Zabidov 2020-ci ildən bəri Hərəkatımızın üzvüdür (ixtisasa müəllimdir və işindən azad edildiyi və işə yenidən qəbul edilməməsi ilə bağlı Təhsil Nazirliyi qarşısında da 2021-ci ildə təkadamlıq aksiya keçirib) və rayondakı yerli problemləri işıqlandırdığı və hakimiyyəti sərt tənqid etdiyi üçün bir neçə dəfə ona rayon icra hakimiyyəti tərəfindən xəbərdarlıq edilib. Cəlil Zabidov 2020-ci Parlament seçkiləri zamanı Yardımlı rayonunda baş verən seçki saxtakarlığını ifşa edərək, ictimailəşdirib. Bakı Şəhər Baş Polis idarəsinin əməkdaşları tərəfindən də saxlanılaraq fiziki zorakılığa məruz qalıb. Cəlil Zabidov Yardımlı rayon məhkəməsi tərəfindən 2020-ci ildə də 5 ay müddətində azadlıqdan məhrum edilib.

Demokratiya 1918 Hərəkatı Cəlil Zabidovun həbsini siyasi sifariş hesab edir və tezliklə azadlığa buraxılmasını Azərbaycan hakimiyyətindən tələb edirik!

Xəbər 1861 dəfə oxunub.




22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +