“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


11.06.2017  11:23 

Çayxanada qanlı dava - 20 yaşlı oğlan ölümcül yaralandı





A+  A-

İyunun 10-u axşam saat 20:30 radələrində Şəkinin Qoxmuq kənd sakini, 1997-ci il təvəllüdlü Tural Firuz oğlu Qədirov bədənin qarın nahiyəsindən iki bıçaq yarası və döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.
XəzərNews.az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, T. Qədirovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə iyunun 10-u axşam saatlarında Qoxmuq kəndi ərazisində fəaliyyət göstərən çayxanalardan birində baş verib. T. Qədirov çayxanada çay içən zaman bir nəfər naməlum şəxs onu küçəyə çağırıb. T. Qədirov küçəyə çıxan zaman naməlum şəxslər tərəfindən həm döyülüb, həm də bıçaqlanıb. Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları T. Qədirovu döyərək bıçaqlayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Xəbər 2307 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +