212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat
Tehran və Bakı əməkdaşlığı ermənipərəst eksperti HİDDƏTLƏNDİRDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
Bakıda memarlıq abidəsinə müdaxilə olunub?
Sabah hava necə olacaq?


23.01.2025  11:23 

Böyük sövdələşmədən kim daha karlı çıxacaq?





A+  A-

Tramp siyasətçidən daha çox, peşəkar tacirdir. Bu düşüncədədir ki, elə ən yaxşı siyasətçi, ən yaxşı lider də ölkəsi üçün əlverişli sazişlər bağlayan, sövdələşmələr əldə etməyi bacaran kəsdir.

O, hələ 2011-ci ildə çapdan çıxmış və gələcəyə dair siyasi baxışlarını əks etdirən "Vaxtdır, Amerikanı yenidən gücləndirək!" kitabında özü haqda yazırdı: "Mənim bütün həyatım sazişlər bağlamaqla, böyük pullar qazanmaqla keçib. Qazanc mənbəyim isə böyük layihələrdir. Bu gün varidatım artıq 10 milyard dolları ötüb... Amerikanın da biznesdən başı çıxan bir prezidentə ehtiyacı var. Bizə Amerikanı güclü, təhlükəsiz və azad ölkə kimi qoruya, danışıqlar masasında qarşı tərəfdə yer alan digər dövlətlərə deyil, məhz Amerikaya üstünlük verən sazişlər bağlaya biləcək prezident gərəkdir".

İndi bu peşəkar tacir, uğurlu biznesmen - sövdələşmələr ustası 20 yanvardan etibarən ikinci dəfə ABŞ-da prezidentlik taxtına çıxıb və bütün dünya da ondan hansı sövdələşmələrə imza atacağını gözləyir...

Trampın Kanada, Meksika, Panama kanalı, Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar, əslində, həm də Amerikanı varlı və qüdrətli edəcək, bütün diqqətləri qitənin öz daxilinə çəkəcək böyük maliyyə layihələrdir.

Ancaq Trampın dünyanın siyasi xəritəsini dəyişəcək əsas sövdələşməsi, şübhəsiz ki, Rusiya ilə - prezident Putinlə olacaq.

Putinlə sövdələşmə təkcə Ukraynanın və Avropanın yox, həm də bizim daxil olduğumuz Cənubi Qafqaz regionunun, o cümlədən bütün Yaxın və Orta Şərqin taleyini masaya yatırmaq, siyasi xəritəsini dəyişmək və Çinlə gələcək münasibətlərin məsafəsini, "Asiya Əjdahası"nı Qərbə çıxaran yolların kimin nəzarətində olmasını müəyyənləşdirmək deməkdir!

Çünki Tramp yaxşı dərk edir ki, həm iqtisadi, həm də hərbi planda çox yaxın gələcəkdə Amerikanın əsas rəqibi yalnız Çin olacaq.

O Çin ki, Avropanı tamamilə ABŞ asılılığına salan Ukrayna savaşında o da Rusiyanı məharətlə özünün "kiçik qardaş"ına çevirməyi bacardı.

Bu bir həqiqətdir ki, 3 illik Ukrayna savaşından hələlik ən böyük qazancla çıxan 2 ölkə var - ABŞ və Çin.

Tramp özü hələ 14 il əvvəl - ABŞ-ın dövlət borcunun 18 trilyon dolları keçdiyi bir vaxtda yazdığı kitabında bar-bar bağırırdı ki, Çin ABŞ-ı içdən "yeyir" və Çin haqqında da amerikalılarda çox yanlış təsəvvür yaradılıb: əslində, Çin uğurlu maliyyə siyasətiylə ABŞ-ı borclandırır və əsas istehsalçı-ixracatçı ölkəyə çevrilməklə 2027-ci ildə ABŞ-ı ötüb keçəcək.

Trampın həyəcanlı çağırışlarının yekunu isə bu idi: Çini ABŞ-a hörmətlə davranmağa məcbur etmək və dünyanı Çinlə birgə idarə etməyə hazırlaşmaq!

İstər Ukrayna, istərsə də Yaxın Şərqdə gedən və arxasında həm də ABŞ və Çin kapitalının dayandığı savaşlar bir daha göstərdi ki, dövlət borcu artıq 36 trilyon dolları keçən rəsmi Vaşinqtonun dünyanı bir qütbdən, təkbaşına idarə etmək iddiası iflasa uğrayıb və indi masa arxasına əyləşmək, digər qlobal və regional güc mərkəzləriylə təsir zonalarının yenidən bölüşdürülməsini nəzərdə tutan müasir "Yalta konfransı" təşkil etmək vaxtıdır...
Ancaq "yeni nizam" qurulanadək, savaşın əsas tərəfləri - ABŞ və Rusiya mütləq bir araya gəlməli, münaqişələri sövdələşməyə çevirməyin uğurlu yollarını tapmalıdırlar.

Trampla Putinin ilk uğurlu sövdələşməsi isə Avropayla Asiya arasındakı körpüdə - Cənubi Qafqaz üzərində ola bilər. Çünki mövcud münaqişələr içərisində real sülhün ən tez əldə olunma imkanı məhz buradadır - Azərbaycanla Ermənistan arasında...

Burada sülh Tramp və Putinin Ukrayna və Yaxın Şərq problemlərini də sülhlə çözmə imkanlarını artıra bilər.

Ukraynada özünə gərəkli əraziləri tutan Rusiyanın gözlənilmədən Suriyada Türkiyənin maraqlarını nəzərə alması, ardınca İranla da 1 ildir təxirə salınan strateji tərəfdaşlıq sazişini yeniləməsi göstərir ki, Putin ABŞ prezidenti Trampla görüşə həm də İslam dünyasının bu iki önəmli ölkəsinin dəstəyini də arxasına almaqla gedir və o, indi təkcə Rusiyanın yox, Çinlə Avropanın sərhədinədək olan böyük bir coğrafiyanın əsas təmsilçisi kimi danışıqlara qatılmaq iddiasındadır...

Biri pul, biri isə silahla danışmağı sevir. Görək, gözlənilən böyük sövdələşmədən kim daha karlı çıxacaq?

Şübhəsiz ki, doğrusunu Allah bilir!

Elxan Şükürlü

Xəbər 90 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +