Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR


13.05.2022  18:31 

“Bu qərar Mətbuat Şurası üçün də mühüm əhəmiyyət daşıyır“ - MŞ sədri





A+  A-

"Çap məhsulları üçün ölkəyə gətirilən kağızın 18 faizlik əlavə dəyər vergisindən azad edilməsi sevindiricidir. Bu, çap mediasının inkişafına əhəmiyyətli təsir göstərəcək. Eyni zamanda qəzet redaksiyalarının gəlirlərinin artmasına səbəb olacaqdır. Ona görə də deməliyəm ki, hörmətli baş nazirimiz Əli Əsədovun bu gün imzaladığı qərar günümüzün tələbidir".

XəzərNews.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Onu da bildirmək istərdim ki, bu qərarın qəbulu mənim özüm, habelə Azərbaycan Mətbuat Şurası üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən etdiyim çıxışların demək olar, yarıdan çoxunda kütləvi informasiya məhsullarının, habelə kitabların, həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının 18 fazilik ƏDV-dən azad edilməsi məsələsini qaldırmışam. Bunu medianın maddi imkanları baxımından izah etmişəm".

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası da mövcud istiqamətdə, o cümlədən qəzetlərin rentabelliyinin artırılması ilə əlaqədar ardıcıl iş aprıb:

"Müvafiq dövlət qurumları ilə təmaslar qurub. Necə deyərlər, gec olsun, güc olsun. Ümumən hesab edirəm ki, baş nazirin imzaladığı qərar bütövlükdə Azərbaycan dövlətinin mediaya, bütövlükdə yaradıclıq sahəsinə həssas münasibətinin növbəıti bariz göstəricisidir. İnanıram ki, KİV-ə yönələn belə nümunəvi stimullaşdırıcı addımların atılması gələcəkdə də davamını tapacaqdır. Çünki dövlətin media siyasəti sistemli xarakter daşıyır".

Xəbər 1667 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +