Müğənni Ayan Babakişiyeva illər sonra qızı Selenanın atası Füzuli Musayevdən söz açıb.
Bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
Babakişiyeva onu şəxsi həyatına görə qınayanlara efir vasitəsi ilə sərt mesajlar ünvanlayıb:
“Bizi heç kim səhv anlamasın. Bilirəm ki, bu danışdıqlarım sosial şəbəkələrdə yayılacaq və müzakirə olunacaq. Yazırlar ki, sən də belə elədin, ona görə də sənin başına bunlar gəldi. Mən heç nə eləmədim. Mən sadəcə sevdim. Sevmək nə zamandan səhv addım olub, səhv yolda olmaq olub? Sevmək axı günah deyil. Bu ürəkdir sevə bilirsən. Amma bir sevginin bəhrəsi varsa, orada “stop” olmalıdır. Ora toxunmayın. Olmaz! İnsanlar hər şeyə çox həssaslıqla yanaşsınlar. Heç kim heç kimi zorla məcbur edə bilməz. İstənilir, olur, yaşanılır, bitir. Bitdi və orada da dayanın. Bunu mən yaşamışam və mən cavab verəcəyəm. Bu gün arxasında da mən dururam. O sevgimin bəhrəsini də mən böyüdürəm. Mən Ayan, qızım Selenanın anası. Yenə də hər zaman deyirəm heç bir tərəf övladıma qarşı neqativ deyil. Övladım yalnız sevgi içində böyüyür. Mənə də, atasına da... Ona görə də heç kim heç nəyi bilmədən qınamasın. Ən çox qorxduğum şey qınamaqdır. Qınayaram elə bir şey başıma gələr ki... Bəlkə orada elə pis addım ataram ki... Orada hamını yıxıb məhv edərəm. Ona görə də “ilahi ədalət” deyilən bir şey var. Mən çünki həyatda bir şeyi qınadım və onu da yaşadım. Yaşadım! Onu heç kim tanımır. O şey mənim şəxsi, özəl həyatımda oldu. Yaşadım və bundan sonra mümkün deyil kimisə qınamaq. Mən uşaq deyiləm, övlad böyüdürəm. Kənarda çoxları o qədər səhv addımlar atır ki... Otururlar və deyirlər ki, sən belə etdin də... Bədbəxtlik üzərində xoşbəxtlik qurdun. Sən haradan bilirsən ki, kim xoşbəxt, kim bədbəxt idi. Sən mənimlə o həyatı yaşamısan? Mən yaşamışam o gözəl günləri. Mən! Heç nəyə də peşman deyiləm. İstər səhv, istər yanlış addım olsun. Arxasındayam və imzamı da atıram. Yaşamışam, yaşayıram, bundan sonra da yaşayacağam. Çünki mənim övladım var”.
Ayan bildirib ki, qızı Selena atasını çox istəyir və onunla fəxr edir:
“Qızım mənim sevgimlə böyüyür, amma atasının sevgisini ona hiss elətdirirəm. Yalnız mən hiss elətdirərəm və atasını da Selana çox istəyir. Mən onu elə böyütmüşəm. Qızım atasını görmür, amma çox istəyir. Onunla fəxr edirəm. Deyir ki, mənim atam filankəsdir və mən filankəsin qızıyam. O insan bizim üçün dəyərlidir”./olay
Xəbər 374 dəfə oxunub.