Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR


12.05.2022  17:30 

Bəs deyilmi bu paxıllıq, bu qurdluluq?





A+  A-

Mübariz Mənsimov haqqında son günlər yazılan yazılar gündəmi zəbt edib. Bəri başdan deyim ki, Mübariz Mənsimovla heç bir tanışlıq və ya qohumluq əlaqəm yoxdur.

Bir vaxtlar ona kitablarımın çapı və romanıma teleserial çəkilməsi üçün sponsorluq etməsi xahişi ilə dəfələrlə müraciət etsəm də müraciətim cavabsız qalıb.

Mətləbə keçirəm.

Mübariz Mənsimov ilk öncə Azərbaycanlııdr.

O Azərbaycanı qardaş ölkədə layiqincə təmsil edən layiqli Vətən oğludur. Xeytiyyəçidir.
Çox insana, tələbələrə, şəhid ailələrinə, xəstələrə əl tutub, yardım edib.

Məmur deyil.

Heç kimin haqqını yeməyib.

Qərar verib, qanun qəbul edən deyil.

Bəs, bu gün gündəm Mübarizdən nə istəyir?

Onun sözlərini bir-bir araşdırıb, yalan-doğru olub olmadığını "araşdşrır", onu az qala Vətən xaini elan etməkdə məqsəd nədir?

Deyək ki, Əfqanıstanda əsgərlikdə olanda aşpaz olub. Bunun kimə nə isti-soyuğu var?
O, Fətulla Güləni lap deyək ki, söyməyib. Bunun axı Mübarizin varlığına dəxli nədir?

Mübariz Mənsimov Xəzər-Lənkəran kimi Azərbaycan futbolunun ədviyyatını yaratmaqda səhvmi etdi? Lənkəranda PALSÜD firmasını yaratmaqda, insanlara iş yeri açmaqda səhvmi etdi?

Mübariz Mənsimov Azərbaycan neftindən, qazından, xarici və daxili ticarətindən çoxmu qazanır? Onun qazancı Azərbaycandanmı gedir?

Bəs deyilmi bu paxıllıq, bu qurdluluq?

Günəşə baxa bilməyən yarasalar kimi yetməzmi bu insana çamur atmağınız?

Bir erməni bir azca qalxıb dirçələn kimi 50 erməni onu havaya qaldırıb qəhrəman edir.
Biz öz Vətənimizin balasını niyə mənən məhv edirik?

Biz nə vaxta qədər öz içimizdə baş qaldıran, azca parlamağa başlayan oğullarımızın qəniminə çeviləcəyik?

Bəlkə yetər?

Əliheydər Qayiboğlu
Yazıçı-publisist


Xəbər 1683 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +