Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR


29.05.2018  08:43 

Bizim çiyələkdə zərərli maddələr varmı?





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Rusiyanın Çindən gətirilən çiyələklərdə antibiotik və pestisidlər aşkarlanmasından sonra Azərbaycanın da həmin ölkədən çiyələklər idxal edib-etməyəcəyinə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, xidmətdən Trend-in sorğusuna cavab olaraq bildirilb ki, Azərbaycan çiyələk istehsalçısı olduğu üçün heç bir ölkədən, eləcə də Çindən çiyələk məhsulları idxal etmir. 2018-ci ilin ilk dörd ayı ərzində yalnız Türkiyədən kiçik həcmdə (20.61 ton) çiyələk idxal olunub. Bu məhsuldan götürülən nümunələr Dövlət Xidmətinin müvafiq laboratoriyalarında müayinə olunub və məhsulun tərkibində heç bir zəhərli maddə və ya zərərverici aşkar olunmayıb.

Qeyd edək ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Çindən idxal olunan çiyələklərdə antibiotiklər aşkar edib.

Rusiyanın Primorsk diyarında və Saxalində Çindən gətirilmiş 8 tona yaxın çiyələkdə lüfenuron pestisidi tapılıb.

Bununla belə, meyvə-tərəvəz məhsullarının daşınması və saxlanması zamanı antibiotiklərin istifadəsinə qadağa mövcud olmadığı üçün Rusiyada bu məhsulların idxalına qadağa qoyulması mümkün deyil.

Bununla əlaqədar olaraq, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bu sahədə qanunvericiliyə dəyişikliklərin olunmasını təklif edib.

Xəbər 1634 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +