Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR


25.01.2018  13:43 

Təmizlənmiş hava daha təhlükəlidir





A+  A-

Elm adamları, havanın çirkləndirici maddələrdən təmizlənməsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə, ABŞ, Norveç və Almaniyadan olan alimlər yer səthində havanın bəzi kirlədici maddələrdən təmizlənməsinin qlobal istiləşməyə səbəb olacağı nəticəsinə gəliblər.

“Geophysical Research Letters” jurnalında yayımlanan mütəxəssis araşdırması göstərib ki, sulfatların və qurumun meydana gətirdiyi aerozollardan təmizlənmiş hava iqlim dəyişikliklərinə səbəb olur.

Atmosferdə mövcud olan karbon-dioksid səviyyəsinə görə çirkləndirici maddələrdən təmizlənmiş havadakı istixana təsirinin güclənəcəyi, orta hava istiliyinin isə 0,5 və 1,1 dərəcə arasında artacağı məlum olub.

Hesabatda aerozolların Günəşin yaydığı radiasiyanı özündə saxlayan bir qoruyucu funksiyanı yerinə yetirdiyi bildirilib. Həmçinin, təmiz hava mühitində bu “qalxandan” məhrum olan dünyanın əvvəlki ilə müqayisədə daha tez isinəcəyi, daha uzun müddətli quraqlığa və sellərə səbəb olacağı ifadə edilib.

Xəbər 1442 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +