Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur
Müşahidəçilər yenidən sərhəddə...
Anar Əliyev nazir təyin edildi - Sərəncam
Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR


08.02.2017  11:52 

NBC bank-da OLAY - Ağır xəsarət alan işçidən imtina edildi





A+  A-


Bakıda təhlükəsizlik kamerası quraşdıran usta iş zamanı yıxılaraq ağır bədən xəsarətləri alıb.

XəzərNews.az "Ölkə.az"-a istinadən xəbər verir ki, NBC bankda çalışan Kərimov Zahid Valeh oğlu ağır xəsarətlərlə Travmatologiya və Ortopedia İnstitutuna yerləşdirilib. 

Rentgen müayinəsindən sonra ona bud sümüyünün boynunun sınığı diaqnozu qoyulub. 

Xəstənin həkimi Eyvaz Hacıyev bud sümüyünün sınığının ağır xəsarət olduğunu  bildirib:

"Bu çox ağır xəsarət sayılır. Sadəcə, xəstə cavan olduğu üçün sağalma prosesi tez gedə bilər. Ancaq əmək qabiliyyətini bərpa etməsi bir müddət çəkəcək".

Z.Kərimovun ailəsi qeyd edib ki, bankdan onlara heç bir kömək göstərməyəcəklərini deyiblər:

"Dünən gətirib xəstəxanaya yerləşdirib çıxıb gediblər. Ondan sonra heç kim baş çəkməyib. Yasamal rayon polis idarəsinin əməkdaşları gəldilər, bildirdik ki, heç kimdən şikayətçi deyilik. Amma heç olmasa maddi durumumuzu nəzərə alıb, müalicəyə kömək etsinlər. Bankın təhlükəsizlik xidmətinin rəisi Fariz Hüseynov deyir ki, o, bizim işçimiz deyil. Zahidə demişdilər ki, səninlə rəsmi müqavilə imzalayacağıq. Amma etmədilər".

NBC bankın təhlükəsizlik xidmətinin rəisi Fariz Hüseynov sayta açıqlamasında əvvəlcə heç bir kömək edilməyəcəyini bildirsə də, sonradan fikrini dəyişib:

"O bizdə günəmuzd işləyib 15 manat pulunu alıb. O bizim işçi deyil, kənardan gəlib işini görüb. Narahat olmayın, ona kimsə kömək etməyəcək. Onun sizdən nə maddi marağı var? Sizin onunla tanışlığınız var?".

"İşçinizlə niyə əmək müqaviləsi imzalamamısınız" sualından sonra Fariz Hüseynov fikrini dəyişib:

"Əlbəttə çalışacağıq ki, əlimizdən gələn köməyi edək. Bizim də insanlığımız var, demişəm, məşğul olacaqlar".



Xəbər 1555 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +