Rusiyada təyyarə qəzaya uğrayıb
Rusiyada azərbaycanlı müəllimin saxta olduğu üzə çıxıb
“Onları NATO-dan çıxarmaq lazımdır”-Tramp
Təyyarə qəzaya uğradı: Həlak olanlar var
Aeroporta rəhbər təyin edildi -FOTO
Ermənistandan Rusiyaya imtina cavabı, vermirik...
Rəqibimiz bəllidir, oyuna ciddi hazırlaşmışıq -Ayxan Abbasov
Ukrayna və Rusiya arasında tezliklə danışıqlar olacaq -Tramp
“Bank BTB“ ən çox şikayət edilən banklardan biri seçildi
Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?


10.10.2025  01:05 

Onun adı Bibiheybət deyil - Alimdən sensasion araşdırma





A+  A-

Tarix üzrə fəlsəfə doktoru Samir Məmmədov “Bibiheybət məscidi” kimi tanınan ibadətgahın əslində Zəfər məscidi olduğunu bildirib.

XəzərNews.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə alim “Şirvanşahlar dövlətində hərbi dəniz kəşfiyyatı və rabitənin hüquqi əsasları (IX-Xlll əsrin əvvəlləri)” monoqrafiyasında qyd edib.

Monoqrafiyanın 165-180-ci səhifələrində isə “Biziheybət məscidi” kimi tanınan ibadətgahdan bəhs edilib. Bildirilib ki, “Bibiheybət” adı Səfəvilərin uydurmasıdır.

“Məscid XIII əsrdə, Şirvanşah II Fərruxzad ibn Axsitan (Aksartan) tərəfindən memar Mahmud Səd oğlu layihəsi ilə tikilmişdir.

1281-1282-ci illərində tikintisinin tamamlanması portal kitabəsində qeyd edilmişdir.

“Bibibheybət piri” adlanan məsciddə Həkimə deyil, Şirvanşah birinci Axsitanın (Aksartan) xanımı İsmətəddin xatun dəfn edilib. “Həkimə xanım”ın kimliyi və statusu, bu şəxsin imamların nəvəsi olması və ziyarətgah olaraq adlandırılması, adının “Həkimə xanım” və ya “Bibiheybət” (naməlum Heybətin bibisi) kimi xalq arasında formalaşması elmi tarix mənbələrində yoxdur.

İsmətəddin Xatun Şirvanşahlar dövlətinin XXI hökmdarı 1-ci Aksartanın (Axsitan, 1160 – 1196) xatunu olmuşdur. Xatun Göytürklərdə qəbul olunmuş türk hökmdarlarının arvadlarına verilən tituldur.

Şirvanşahların rus işğalçı donanması üzərində qələbəsi münasibətilə Şirvanşah Aksartan Xaqan-i Əkbər Bakının Bayıl hissəsində “Zəfər məscidi” inşa etdirir. Şamaxı zəlzələsində vəfat edən ailə üzvləri məscid ərazisində dəfn edilir. Bü gün İmam Rzanın bacısı olaraq Heybətin bibisi və ya Həkimə xanım kimi təqdim edilən qəbirdə əslində Şirvanşahın arvadı tanımış diplomat, mədrəsə müəllimi İsmətəddin Xatun dəfn edilib. Səfəvilərin Bakını ələ keçirməsindən sonra isə bu məscid “Bibiheybət” adlandırılmağa başladıldı.

Şirvan donanması dəniz savaşında 73 düşmən gəmisini tamamilə məhv etdi. Şimaldan ruslar Dərbənd istiqamətində quru hücumları təşkil etdilər. Daxildə üsyanlar çıxarıldı. Aksartan yerli türk və türkmanların dəstəyi ilə üsyanı yatırtdı. Beləlikə düşmənin üzərində həm quruda, həm dənizdə hərbi strateji əhəmiyyət kəsb edən qələbə çalındı”, - deyə alimə istinadla “Tarixçilər” səhifəsində yayılan məqalədə bildirilib.

Xəbər 1528 dəfə oxunub.




10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb

09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +