Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib?
TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO


06.02.2025  15:42 

İpoteka və Kredit Zəmanət Fondunun sistemi çökübmü?





A+  A-

Bu gün saat 10-da adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start verilməliydi. Yəni İpoteka və Kredit Zəmanət Fondu məhz bu saatda ipoteka kreditləşməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin verilməsi üçün limitlərə müraciətləri qəbul etməliydi.

"Verilməliydi" , "etməliydi" sözünü ona görə qeyd edirəm ki, iştirakçılar xeyli hissəsi prosesin baş tutmadığını bildirirlər. Müzakirələr, şikayətlər hələ də davam edir.

Bununla bağlı rəsmi resursun saat 10-da edilən müraciətlərə cavab vermədiyi, seçimin mümkün olmadığı, ümumiyyətlə müraciətin mümkün olmadığı və sistemin çökdüyü bildirilir. Sonradan daxil olduqda isə limitlərin bitdiyi qeyd edilib.

Müraciətlər "Elektron ipoteka və kredit zəmanət “sistemi üzərindən SİMA Token və ya Asan İmza vasitəsilə həyata keçirilir.

İstifadəçilər İpoteka və Kredit Zəmanət Fondunun sosial hesablarında bununla bağlı müzakirələrdəki rəylərinin silinməsindən də şikayətlənirlər.

Baş verənlər, əlbəttə təəssüf doğurur.

Dövlət xidmətlərinin reallaşmasında texnologiyaların tətbiqi insan amilinin minimuma endirilməsi, şəffaflıq baxımından effektiv olsa da, bütün bunlar sonda vətəndaş məmnunluğuna gətirib çıxarmalıdır. Əgər bu baş vermirsə onda demək hardasa səhvlərə, qüsurlara yol verilib.

Düşünürəm ki, Fond baş verənlərlə bağlı ağlabatan açıqlama verməlidir. Problemin haradan qaynaqlandığına (sistemin özü ilə bağlı, daxil olmaqla bağlı, bankların seçimi ilə bağlı və s.), insan amili ilə bağlı sui-istifadə risklərinə, kiber hücumla bağlı məsələlərə aydınlıq gətirməlidir.

Şəffaflıq, ictimai nəzarət üçün imkanlar yaradılmalıdır.

Aidiyyatı dövlət qurumları və müstəqil ekspertlərin prosesin gedişində iştirakı təmin edilməlidir.

Daxil olan müraciətlərin emal olunması ilə bağlı statistikanı açıqlamaq faydalı olardı.
Uğurlu olan ilk və son müraciətlərlə bağlı məlumatlar ağlabatan formada açıqlanmalıdır.

Sabah saat 20-da güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start veriləcək.
Ümid edirəm Fond prosesin gedişinə şəffaf nəzarət imkanlarını gücləndirəcək və müraciətlərin problemsiz qəbulunu reallaşdıra biləcək.

Osman Gündüz

Xəbər 429 dəfə oxunub.




06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +