“Rabitəbank” müştərilərini niyə itirir?
Abşeronda partlayış oldu: 5 nəfər YARALANDI
Vardanyan da hakim qarşısına ÇIXARILDI
Tender qalibi olan “Unisell“ə bağlı müəmma
Sabiq deputatın şirkəti CƏRİMƏLƏNİR?
Rusiya və İran arasında saziş İMZALANDI
Cahangir Əsgərovun xanımı vəfat etdi
Bakıda restoran YANDI
Ölmüş bədənlərdə əxlaq AXTARANLAR
38 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI


17.01.2025  17:42 

Ölmüş bədənlərdə əxlaq AXTARANLAR





A+  A-

Dünəndən bəri əksər insanlar dünyasını dəyişən aktrisa Çimnaz Sultanovanı sosial şəbəkələrdə söyür, təhqir edir, açıq-saçıq foto-videolarını paylaşır, lağa qoyur, əxlaqsız adlandırır. Ən dəhşətlisi budur ki, etdiklərindən zövq alırlar…

Bir ölüyə olan münasibət məni istər-istəməz düşünməyə vadar etdi. Birinci düşüncəmi məşğul edən bu fikir oldu: niyə bu qədər aqressivik, niyə bu qədər içərimizi kin-küdurət, nifrət hissi bürüyüb ki, haqq dünyasında olan bir insanın ruhuna qarşı bu qədər hörmətsizlik edirik? Yəni bu qədərmi mərhəmət hissini itirmişik? Bu qədərmi empatiya duyğusundan məhrum olmuşuq? Həmin gündən biri də bizim üçün yazılıb axı, dostlar. Bu qədərmi özümüzdən arxayınıq, bu qədərmi günahsız, səhvsiz, süddən çıxmış ağ qaşığıq? Bir anlıq özünüzü o rəhmətliyin yerinə qoyasınız bəlkə… O zaman utanc hissindən ölməmək üçün belə hər gün Allaha yalvararsınız.

Məni düşündürən bir məqam isə insanların bilib-bilmədən bir qadına vurduğu “əxlaqsızlıq” damğası oldu. Qəribəsi budur ki, əxlaqsız damğası vurduğunuz, söyüb-suladığınız o “əxlaqsız”ları görəndə başqa cür davranış sərgiləyirsiniz. Qarşısında az qala ikiqat əyilirsiniz, “xanım” deyə müraciət edib az qala başına and içirsiniz. Bundan da keçək, bu da mənə maraqlı deyil.

Maraqlı olan bizim əxlaq anlayışına olan yanaşmamızdır.

Fikirlərimi söyləməzdən öncə həmkarlarıma sual ünvanladım: ”Sizə görə əxlaqsızlıq nədir?”

Məsimə: “Əxlaqsızlıq yalnız xarici görkəm və geyimlərlə əlaqəli deyil. Əslində, insanın daxili dəyərləri, vicdanı və davranışları ilə ölçülür. Əxlaq isə insanın daxili dünyasında formalaşır və dürüstlük, vicdanlılıq, sadiqlik və başqalarına hörmət kimi dəyərlərlə bağlıdır. Açıqsözlülük və təmiz niyyətlər insanın əsl əxlaqını müəyyən edir, geyim və xarici görünüş isə sadəcə, insanların seçimidir və heç bir zaman bir insanın əxlaqını ölçən əsas kriteriya olmamalıdır”.

Rəfi: “Mənə görə əxlaqsızlıq kiminsə haqqına girməkdir”.

Nəsimi: “Mənə görə əxlaqsızlıq hər bir insanda olan mənfilərin xaricə ifrat dərəcədə yansımağı sayıla bilər”.

Samir: “Mənə görə əxlaqsızlıq yıxılana balta vurmaqdır”.

Malik: “Mənə görə xəyanət əxlaqsızlıqdır”.

Mənə görə isə əxlaqsızlıq təkcə bir qadının soyunması, əzalarını göstərməsi, açıq-saçıq görüntülərini paylaşması, kiminləsə münasibət qurması ilə məhdudlaşmır.

Bir insanın mənəviyyatını, vicdanını satması bir qadının bədənini satmasından daha ağırdır. Həmkarlarımın da söylədiyi kimi, ən böyük əxlaqsızlıq haqqa girmək, kiminsə yolunu kəsmək, ev yıxmaq, yuva dağıtmaq, nakişilik, vicdansızlıq, işverənlik, satqınlıq, başqasının çörəyinə bais olmaq, xainlik, yediyi qaba tüpürmək, kiməsə şər-böhtan atıb nankorluq etməkdir. Siyahını xeyli uzatmaq da olar. Buna görə də gəlin, susaq, kiminsə haqqına girməyək, kimisə söyüb-sulamayaq, kiməsə əxlaq dərsi keçməyək, kimisə baltalamayaq, kiməsə “əxlaqsız” damğası vurmayaq. Çiynlərimizi günahlarla yükləməkdənsə, əlimizdən gələn qədər savablarımızı artıraq ki, o dünyada, haqq dünyasında Rəbbimizin qarşısına adam balası kimi çıxa bilək.

Cəvahir Nehru
www.yenicag.az


Xəbər 652 dəfə oxunub.



17.01.2025  18:14 

Bakıda restoran YANDI

17.01.2025  15:08 

Hakan Fidan Azərbaycana gəlir

17.01.2025  13:17 

Həkim qazdan boğulub öldü

17.01.2025  12:52 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +