Vəfat edən əsgərlə bağlı RƏSMİ AÇIQLAMA
Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO


15.01.2025  11:56 

Nazirlikdə “Volqa“ əməliyyatı: Maşını 3 minə satdılar - SƏNƏDLƏR





A+  A-

Bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, İnstitut 2022-ci ilin dekabrında Qaz-3110 "Volqa" markalı avtomobilin təmiri üçün tender elan edib. Tendərin nəticələrinə əsasən, növbəti ildə "Volqa" avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.



Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb.




Xatırladaq ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığı, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, "Volqa"ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub. "Volqa"dan sadəcə benzin silmək üçün istifadə olunub.

O da qeyd olunur ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.

Beləliklə, aydın olur ki, köhnə "Volqa"dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub.

Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi. İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan Səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.

Xəbər 567 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +