Dövlət idarələrində çalışanların sayı niyə azalır?
Bu həftə Əfv Komissiyasının iclası keçiriləcək
Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ
Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi
İş adamlarının siyahıya alınmış əmlakları hərraca çıxarılır
İş adamı qəfil vəfat ETDİ
Pul toplanmasa... Soydaşımızın cənazəsi ortada qalacaq
Ramil Usubovun Xocalıdakı ata evi - Video
Cəlilabadda 4 ton ot bağlaması yanıb
Onlar telefonda danışıblarmı?


16.01.2019  15:43 

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir





A+  A-

Yanvarın 14-dən “quş qripi” xəstəliyinə görə başlanan milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinq davam etdirilir. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
XəzərNews.az bildirir ki, artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 16 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 5 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 3 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Şabran və Salyan rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 150 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə rast gəlinməyib.

Həm köçəri, həm ev quşlarından götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Xəbər 1275 dəfə oxunub.




10.02.2025  10:04 

Bu rayonda qaz olmayacaq

10.02.2025  10:01 

İş adamı qəfil vəfat ETDİ

10.02.2025  09:44 

Paşinyan Parisə getdi

09.02.2025  15:19 

Onlar telefonda danışıblarmı?


BÜTÜN XƏBƏRLƏR +