Putin Rusiyasının iyrənc taktikasına fikir verin. Deməli, Kreml bir tərəfdən Mariya Zaxarova və Dmitri Peskovun ağzı ilə Rusiya-Azərbaycan münasibətlərinin normal məcrada davam etdiyi görüntüsünü yaradır, paralel olaraq isə, Zatulin, Pinçuk, Valuyev və s. kimi şovinistləri Azərbaycanın üzərinə hürdürür.
Gəlin həmin köpəklərin son açıqlamalarına birgə nəzər salaq.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin: “Artıq çoxlu mürəkkəb sərf olunub, sözlər deyilib ki, Azərbaycan bizim demək olar ki, ən sadiq müttəfiqimizdir. Xüsusilə Ermənistanda baş verənlər fonunda. Amma biz reallıqla, onların bizə münasibəti ilə üzləşdik. Bütün bunlar guya bizim vurduğumuz təyyarə məsələsi fonunda baş verir. Rusiya prezidenti üzr istəyib, ruslar da həlak olub. Rusiyanı demonizasiya etmək istəyi isə Ukrayna dronlarının hücumu zamanı baş verənlərlə bağlıdır. Hamıya aydındır ki, bu, istənilən halda hava təhlükəsi səbəbindən baş verib. Əminəm ki, biz həlak olanların ailələrinə kömək edirik, istintaq nə baş verdiyini göstərəcək. Amma indi Azərbaycana vacibdir ki, Qərbdəki və Türkiyədəki dostlarına nə qədər prinsipial olduğunu göstərsin. Mən düşünmürəm ki, bu, ağıllı siyasətdir, Azərbaycan Rusiyadan heç yerə getməyəcək. Sabah onlar yenə də öz ehtiyacları ilə bağlı bizə müraciət edəcəklər. Anlamaq lazımdır ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Moskvada Azərbaycanın da bu cür qurumları var, bizim tərəfimizdən cavab tədbirləri görmək doğru olar. Ölkə hakimiyyəti bizimlə münasibətlərə yalnız öz maraqları prizmasından baxır. Onlar heç vaxt bizim tamhüquqlu müttəfiqimiz olmayıblar, həmişə və indi də regionda Türkiyənin müttəfiqi olaraq qalırlar. Bu o deməkdir ki, Azərbaycan bizə yox, Türkiyəyə yönəlir və bizimlə ittifaq situativ xarakter daşıyır. Qarabağda müharibəyə, “təxribatlara”, “cinayətlərə”, vurulmuş helikopterə Rusiya göz yummalı olanda, o zaman tərəfdaşlıq münasibətləri var idi. Boru kəməri marşrutları çəkmək lazım olanda, bizi diqqət və qayğı ilə əhatə edirdilər. Azərbaycan və Ermənistan arasında münaqişə istədikləri kimi başa çatandan sonra isə Azərbaycanın rəhbərliyi Rusiyaya münasibətdə öz xüsusi mövqeyini göstərmək üçün hər hansı bəhanədən istifadə etməyə qərar verdi”.
***
Qondarma "Donetsk Xalq Respublikası”nın (DXR) keçmiş dövlət təhlükəsizliyi naziri Andrey Pinçuk: “Azərbaycandan olan oliqarxlar Rusiya cəmiyyətində kök salıblar. Tarixi vətəninə bağlı olan istənilən etnik biznesin kökü kəsilməlidir. Azərbaycanlı oliqarxlara qarşı sanksiyalarla mübarizə aparmağı təklif edirəm. “Crocus” şirkəti və “Sadovod” ticarət kompleksi müsadirə edilməlidir. Nəzərə alın ki, Azərbaycan Rusiyanın zərbə endirdiyi enerji obyektlərinin bərpası üçün Ukraynaya pul köçürüb. Rusiya vətəndaşlığı olan azərbaycanlılar qeydiyyata alınıb Ukrayna ilə müharibəyə göndərilməlidir".
***
Rusiya Dövlət Dumasının "Rus bədheybəti" kimi tanınan idmançı deputatı Nikolay Valuyev: "Rusiyadakı Azərbaycan diaspor təşkilatları qapadılsın, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlılar çıxarılsın, qanuni yaşayanların isə hərbi uçota götürülsün və cəbhəyə göndərilsin".
***
Rusiya Dövlət Dumasının deputatı, propaqandist jurnalist Yevgeni Popov: “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır".
***
İctimai fəal Sergey Mantsayev: "Bakıda "Rus Evi"nin bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşları Rusiyadan deportasiya edilməlidir. Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik".
Göründüyü kimi ayrı-ayrı rus propaqandist köpəklərinin dilindən səsləndirilən bu açıqlamaların hamısı Kremlin "mətbəx"ində hazırlanıb. Üslub da həminki üslubdur, təhdidlər də eyni səpkidədir.
Lakin Azərbaycan isə Kremlin bütün şantaj və təhdidlərinə rəğmən, həm "Rus Evi"nin fəaliyyətinə xitam verdi, həm də Ukraynaya növbəti humanitar yardımı göndərməklə bu təhdidlərdən çəkinmədiyini göstərdi. Təyyarə məsələsi ilə bağlı cavab tədbirimiz isə daha sərt olacaq: Azərbaycan Rusiyanı məhkəməyə verəcək!
P.S.
Kremldən gələn köpək səsləri bir daha Rusiyanın gerçək simasını (simasızlığını) açıb ortaya qoyur. Bu ölkə heç bir müttəfiqi ilə adekvat, normal davrana bilmir.
Bəybala Mirzəyev
Xəbər 198 dəfə oxunub.