“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


24.11.2025  18:09 

Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto





A+  A-

“Bu gün Stokholmda Krım Platformasının IV Parlament Sammiti işə başladı. Ukrayna Ali Məclisi sədrinin müşaviri və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri kimi bu mühüm tədbirin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Burada bir həqiqət ətrafında birləşmiş 70-dən çox parlament nümayəndə heyəti və beynəlxalq təşkilat toplaşıb: Krım - Ukraynanındır və Avropanın gələcəyi Ukrayna əraziləri işğaldan azad olunmadan mümkün deyil”.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Ali Məclisi sədrinin müşaviri, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Baş katibi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad məlumat verib.

H.Cavad bildirib ki, sammitin açılışı xüsusilə təsirli oldu, gənc ukraynalı Timur Vasilışin Ukraynanın Dövlət Himnini ifa etdi, müharibə səbəbindən evini tərk etməyə məcbur qalmış bu uşağın taleyi bizə aqressiyanın qiymətini və mübarizəmizin niyə ədalətli olduğunu xatırladır:

“Biz Ukrayna Prezidenti Volodimir Zelenskinin güclü çıxışını eşitdik. O vurğuladı ki, sülh yalnız beynəlxalq hüquqa hörmət gücdən daha üstün olduğu yerdə mümkündür. Biz həmçinin Ali Radanın sədri Ruslan Stefançukun mövqeyini dinlədik. O xatırlatdı ki, Rusiya Krımı hərbi bazaya, oğurlanmış Ukrayna taxılının daşındığı mərkəzə və ukraynalılara təzyiq göstərilən bir əraziyə çevirib. R.Stefançuk bildirdi ki, Ukrayna həmişə sülh istəyib, lakin heç vaxt öz torpağı üzərində alver etməyəcək və sərhədlərin güc yolu ilə dəyişdirilməsinə razı olmayacaq.

Sammitdə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson və Avropa parlamentlərinin nümayəndələri də mühüm mesaj verdilər. Dünya Stokholmdan açıq şəkildə bird aha bəyan etdi: Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsipləri müzakirə mövzusu ola bilməz və Ukraynaya onun maraqları hesabına “sülh” qəbul etdirmək cəhdləri qəbuledilməzdir”.

H.Cavad vurğulayıb ki, bizim xalq da ukraynalılar kimi işğalın və azadlığın dəyərini yaxşı bilir:

“Biz ağrının təcrübəsini də bölüşürük, müqavimət və öz torpaqlarına qayıdış təcrübəsini də. Buna görə də Ukraynaya dəstəyimiz yalnız mənəvi deyil, tariximizin gətirdiyi həqiqətlərə söykənir.

Bu gün söhbət təkcə Krımdan deyil, Avropanın gələcəyindən, Qara dəniz regionunun təhlükəsizliyindən və beynəlxalq hüququn taleyindən gedir. Ukrayna dünyaya ədalətli sülh formulu təklif edir - işğalın tanınması olmadan, müdafiəyə məhdudiyyət qoyulmadan, diktə edilmiş şərtlər olmadan. Yalnız belə sülh davamlı ola bilər.

Bu həlledici anda biz aqressora qarşı sanksiya təzyiqini artırmalı, Ukraynanın müdafiə imkanlarını gücləndirməli və onun Aİ və NATO yolunu dəstəkləməliyik. Biz həmişə Ukraynanın yanında olmuşuq və onun tam qələbəsinə, beynəlxalq ədalətin bərpasına qədər yanında olacağıq.

Krım - Ukraynadır!

Ukraynaya eşq olsun!

Onun müttəfiqlərinə eşq olsun!

Gələcəyini qorumaqdan çəkinməyən azad xalqlara eşq olsun!”













Xəbər 495 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +