Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


11.12.2020  13:09 

Rusiyada rekord ölüm - Qonşu ölkələrdə vəziyyət





A+  A-

Rusiyada son bir gündə 28 min 585 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir.
XəzərNews.az “worldometers”ə istinadən xəbər verir ki, 24 saat ərzində koronavirusda rekord ölüm sayı qeydə alınıb, belə ki sutka ərzində 613 pasiyent xəstəlikdən həyatını itirib. Bununla da virusdan vəfat edənlərin sayı 45 min 893 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 59 min 840 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 597 min 711 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 4 146 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 183 min 99-a çatıb.

Ölkədə sutka ərzində daha 37 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 694-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 160 min 461 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 1077 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 146 min 317 nəfərə çatıb. Daha 29 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 445-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 123 min 474 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Xəbər 2195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +