Azərbaycanlı vəkil Evin zindanına KÖÇÜRÜLDÜ
İlham Əliyev Zelenski ilə görüşdü - FOTO
İmişlidə saxlanılan 14 nəfər həbs olundu
Novruz bayramında əfv olacaq?
Bu şirkətlər vətəndaşları ALDADIR
Bu evlər niyə sənədləşdirilməyəcək?
Şahin Mustafayev Əli Əkbər Əhmədian ilə görüşdü
“AZLOGİSTİK“ MMC-nin 40 min vergi borcu var
Xəstə “Buta” klinikasından 1 milyon təzminat tələb edir
Gələn aydan dəfn pulu da artırlır


18.03.2024  15:19 

“Araz Supermarket” cərimələndi





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinə sahib olan “Araz Supermarket” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.

Xəzərnews.az Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Araz Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub. Belə ki, “Araz Supermarket” qeyri-qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 milyon 55 min 20 manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.

Qeyd edək ki, “Araz” supermarketləri OBA və SPAR marketəri ilə birlikdə “Veysəloğlu” MMC-yə bağlıdır. Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.

2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.

Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb./Yeniavaz.com

Xəbər 11479 dəfə oxunub.



22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu

22.01.2025  10:20 

DİN əhaliyə MÜRACİƏT ETDİ

22.01.2025  09:59 

Didərgin ömür...

22.01.2025  09:00 

Sürücülərin nəzərinə!

22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu


BÜTÜN XƏBƏRLƏR +