Tramp Makronu qarşılamağa ÇIXMADI -VIDEO
XİN-dən Fransa səfirinə CAVAB
Dilan Çıtak ilə Levent Dörter boşanır?
Zelenski Aİ ölkələrini Rusiyaya qarşı birləşməyə çağırdı
Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirək - Nauseda
Türk dilində kitab payladığı üçün HƏBS EDİLDİ
Bu qurum aldığı zibil qablarının pulunu ödəmir
Türk iş adamı 20 min manat cərimələndi
İranlı ekspert yenə SƏRSƏMLƏDİ
Hərbçimiz vəfat etdi


24.02.2025  16:07 

Allahın Adam üzüyəm!





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

Mən, dəli olmadım, sən də ağıllı
Qapayaq söhbəti,saxlayaq sirri!
Həyat-səhnələşmiş,yaşam-yazılmış
Mən, ölü olmuşam, sən isə diri!

Bizi gələcəyə ötürüb gedən,
Dədəm nağıl oldu,anam bayatı!
Bu ömür-bir yolluq yanacağımız,
Daha qaytarmazlar bizə həyatı!

“Sağ ol”lar borc kimi deyildi bizə,
“Sən öl”lər itirdik möhür əvəzi!
Haqqın süfrəsinə gələn neməti,
Əyrilər əliylə çəkdi tərəzi!

Xəyalla yaşayıb, ümüd yemişik,
Sevinci şaxtada, qarda görmüşük!
Bizə səd qoyulan gözəlliklərə,
Kənardan baxmışıq, göz öldürmüşük!

Mən, dəli olmadım, sən də ağıllı,
Qapayaq söhbəti, saxlayaq sirri!
Həyat-səhnələşmiş, yaşam-yazılmış
Mən, ölü olmuşam, sən isə diri!

* * *
Sən, Arazdan su içirsən,
Mən, ayrılığdan!
Bu qəm dağının başındayam,
Sən, ayağında!

Bu, tayda bir söyüd ağacı su içir,
O, tayda bir daş!
Bura yer üzündən küsüb,
Orda, göy üzünün yeri-yaş!

Yol çəkirəm,
Gözlərimdən göy üzünə!
Ayrlığın şəklini çəkirəm,
Bölünmüş Ay üzünə!

Səssizlikdə boğulur,
Günahlardan doğulan ağrılar!
“Səs salsan”, qorxuya bax...
“Anan ağlar”!

Anam ağlar,
Türkmənçaydan anam ağlar!
Gülüstan-Ölümstan,
Hər tayda anam ağlar!

* * *

Allah pəncərə qoymayıb,
Goruma qapı qoyuram!
Mən, qapımı pəncərəsiz
Allahı tapıb qoyuram!

İşığı içimdən gələn,
Yer ağlayıb, göy mələyən!
Sonrama gələcək geyən.
Gerimə qapı qoyuram!

Olmağa ev tikirəm, ev
Dağıt bu evi, ya da sev!
Bir üz güney, bir üz quzey,
İynəyə sapı qoyuram!

Nəsimiyəm, Fizuliyəm
Allahın Adam üzüyəm!
Yer üzünə göy sözüyəm,
Oluma qapı qoyuram!

Döyüş var həyat üstündə,
Yeriyirəm od üstündə!
İmzam ilə ad üstündə,
Ölümə qapı qoyuram!


Xəbər 343 dəfə oxunub.




24.02.2025  17:34 

XİN-dən Fransa səfirinə CAVAB

24.02.2025  17:31 

Azərbaycan Estoniyanı təbrik etdi

24.02.2025  17:08 

Aydın İmrani vəfat etdi

24.02.2025  16:58 

Özcan Dəniz angioqrafiya olacaq

24.02.2025  16:48 

Məşhur müğənniyə nə olub?

24.02.2025  16:39 

Derya Şensoy yeni eşqini elan etdi

24.02.2025  16:25 

Renat Dadaşov Polşa klubunda

24.02.2025  16:07 

Allahın Adam üzüyəm!


BÜTÜN XƏBƏRLƏR +