Nəzrinin ölümü ilə bağlı cərrah saxlanıldı
Baş həkim niyə İŞDƏN ÇIXARILDI?
Azərbaycanlı idmançı Çində çempion oldu
Azərbaycanlı fəal ETTELAAT-a çağırıldı
Hərbçimiz vəfat etdi
Yazıçılığı çörəkçi peşəsinə dəyişdi
XİN Türkiyəyə başsağlığı verdi
“Azərbaycanda həyat 30 yaşda bitir“ - TANINMIŞ REPER
İlham Əliyev Donald Trampı təbrik etdi
20 yaşlı azərbaycanlı tələbə Rusiyada niyə saxlanıldı?


21.01.2025  11:01 

Tramp Panamaya hərbi müdaxilə edərsə...





A+  A-

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

XəzərNews.az müsahibəsini təqdim edir:

Qüdrət bəy, Donald Tramp dünyanın super gücü ABŞ-nin 47-ci prezidenti kimi fəaliyyətə başladı. Onun prezidentliyi ölkəsinə və dünyaya nə vəd edir?

- Trampın Putinin adamı olması deyilir. Onun qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsi də bu ehtimalı gücləndirir. Andiçmə mərasimində və ondan öncə tərəfdarları qarşısında çıxış edən Tramp dünyada ABŞ-nin nüfuzunu qaldıracağını söylədi, amma ölkəsinin müttəfiqləri, tərəfdaşları ilə gələcək əməkdaşlığı barədə bir kəlmə belə söyləmədi. O, çox yaxşı vədlər də verdi. Güclü iqtisadiyyat, yeni iş yerləri, vergilərin azaldılması, cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, güclü ordu quruculuğu, ölkədə qanunun aliliyinin təmin edilməsi, bürokratik dövlət aparatının kiçildilməsi və s. Onun çıxışında ölkəmizin maraqlarına toxunan əsas məsələ neftin qiymətini aşağı salacağı barədə verdiyi vəddir. Çünki ölkəmizin iqtisadiyyatı neft gəlirlərindən çox asılıdır. Tramp enerji daşıyıcılarını satmaqla və idxal rüsumlarını artırmaqla iqtisadiyyatı gücləndirmək istədiyini bəyan etdi. Amma fərqində deyil ki, ABŞ-nin ixrac etdiyi məhsullara da ticarət tərəfdaşları tərəfindən idxal rüsumları qarşılıqlı olaraq artırılacaq. O, 3-cü dünya müharibəsinə yol verməyəcəyini vəd edir. Bu, kiçik dövlətləri ərazi güzəştlərinə getməyə məcbur etmək hesabına olacaqsa, ABŞ-nin beynəlxalq nüfuzu nəinki artmayacaq, əksi baş verəcək. ABŞ-nin müttəfiqlərsiz, təkbaşına Çinlə mübarizəsi onun məğlubiyyəti ilə nəticələnəcək. Çin Tayvan üzərində dövlət suverenliyini bərpa edəcək. Tramp Panamaya hərbi müdaxilə edərsə, müttəfiqləri və qonşuları ilə ticarət müharibəsinə başlayarsa, bu, ABŞ-nin təklənməsinə səbəb olacaq.

ABŞ-də siyasi isteblişmentin korrupsiyalaşmasından, mütəşəkkil cinayətkarlığın tüğyan etməsindən, təhlükəsizliyin və qanunun aliliyinin bərpa olunmasının zəruriliyindən danışan Tramp bunun qarşılığında ABŞ-də gözəl polisin olmasından danışdı, polisi təriflədi, ona dəstək olacağını söylədi. Amma polis zorakılığından, bu sahədə aparılmalı olan islahatlardan bir kəlmə belə danışmadı. Yeri gəlmişkən, mətbuatda dərc olunmuş statistik məlumatlara görə ABŞ-də 2024-cü ildə polis tərəfindən 1361 adam öldürülüb, öldürülən qaradərililərin sayı ağlardan 2.8 dəfə çox olub. 2024-cü ildə yalnız 11 gündə polis tərəfindən adam öldürülməyib. Hər il polis tərəfindən öldürülənlərin sayı artmaqdadır. 616 halda cinayət hadisəsi baş vermədən polis adam güllələyib. 152 halda yol hərəkəti qaydalarını pozmağa görə sürücülər öldürülüb, bu zaman 48 halda polis hərəkətdə olan avtomobilə atəş açıb. Öldürülən 69 nəfər silahsız olub. Yalnız 9 halda polis əməkdaşları məsuliyyətə cəlb olunub.

ABŞ-də bütün çatşmazlıqlarla yanaşı güclü dövlət institutları, hakimiyyət bölgüsü, güclü mətbuat və siyasi müxalifət var. Tramp demokratik dəyərlərdən imtina edib beynəlxalq nizamı pozsa və ölkəsinə ziyan vurmağa başlasa, bu, onun üçün yaxşı sonuclanmayacaq.

Biz arzu edirik ki, o həm dünya, həm də öz ölkəsi üçün uğurlu lider olsun. Bizə Ermənistanla sülh sazişinin imzalanmasında kömək etsin, İran və Rusiya ilə anlaşsın, Türkiyəyə, müttəfiqlərinə güvənsin, regionda sülhə töhfə versin. Ukrayna ilə Rusiya arasında ədalətli sülhə nail olsun. ABŞ dünyanın super gücüdür, ona ədalətli, müdrik və cəsarətli bir insan rəhbərlik etsə beynəlxalq birlik bundan faydalanar. Biz istərdik ki, ABŞ beynəlxalq hüququn və dünyada sülhün, ədalətin təminatçısı kimi çıxış etsin. Tramp İsraillə HƏMAS arasında atəşkəsə nail olmaqla ilk uğura imza atdı, bu sevindiricidir, ona daha böyük uğurlar arzu edirik.

Qüdrət bəy, dünən AXCP Şəhidlər Xiyabanını ziyarət edərkən yenə də şəhidlərə hörmət qoyulmadığını, onlara maneələr yaradıldığını bəyan etdi. Bu məsələyə də münasibətinizi bilmək istərdik...

- Kiməsə haqq qazandırmaq fikrindən çoz uzağam, amma adama deyərlər, bəs sən necə, şəhidlərimizə hörmət qoyursanmı? Hər il eyni problemlə üzləşirsənsə ziyarətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışma. Bir neçə nəfərlə Xiyabanı ziyarət et, qalan tərəfdarların da ailə üzvləri ilə birlikdə nə vaxt istəyir, o vaxt getsin ziyarətə. Əgər iqtidara çoxsaylı tərəfdarlarının olmasını nümayiş etdirmək istəyirsənsə, hər gün nəyəsə etiraz edirsən, o məsələlərdən birinə görə etiraz aksiyası keçir. Yox, etiraz aksiyasına icazə verilməyəcəyini iddia edəcəksənsə, icazəsiz aksiya zamanı özünün və tərəfdarlarının tutulacağından çəkinirsənsə, onda gərək şəhidlərin qəbrini ziyarət etməkdən də siyasi məqsədlər üçün istifadə etməyi özünə rəva bilməyəsən.


Xəbər 42 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi

21.01.2025  11:20 

685 gün İran zinadında...

21.01.2025  11:16 

Tramp 1500 nəfəri ƏFV ETDİ

21.01.2025  01:42 

Bayden ailə üzvlərini əfv ETDİ


BÜTÜN XƏBƏRLƏR +