Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


22.06.2021  09:07 

“Taliban” bir gündə Əfqanıstanda 7 rayonu ələ keçirib





A+  A-

Ötən cümə günü “Taliban” döyüşçüləri Əfqanıstanın beş vilayətində yeddi rayonu ələ keçiriblər.
Bu barədə XəzərNews.az Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir.

Beləliklə, taliblər 2001-ci ildən bəri ilk dəfə olaraq Əfqanıstanın rəsmi hökumətindən daha çox rayona nəzarət edirlər: ekspertlərin fikrincə, hazırda “Taliban”ın nəzarəti altında 107 rayon var, hökumət isə 92 rayona tam nəzarət edir. Qalan 199 rayon hökumət qoşunları və taliblərin qüvvələri arasında mübahisə obyektinə çevrilib.

Demokratiyaların Müdafiəsi Fondunun (FDD) məlumatına görə, hazırda “Taliban”ın hakimiyyəti altında 6 mln. əfqan yaşayır. Daha 15 milyon insan hərbi əməliyyatların keçirildiyi bölgələrdə yaşayır.

Ötən şənbə günü ölkədə baş vermiş fəlakətli vəziyyətə görə Əfqanıstan Prezidenti Əşrəf Qani daxili işlər və müdafiə nazirlərini dəyişib.

Xəbər 3593 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +