Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


21.08.2023  10:31 

“Ermənistanla Azərbaycan arasında danışıqlar faktiki dayanıb” - ŞƏRH





A+  A-

“Nikol Paşinyan yeni radikal mövqe ortaya qoyub. Ona Qafan aeroportuna düşməyə icazə verməmək lazım idi. Qafanda Azərbaycana qarşı yeni təxribatlara hazırlıq gedir. Ermənistan Zəngəzuru təkcə hərbiləşdirmir, beynəlxalq diqqəti buraya cəlb edir. Qafanda konsulluqlar açması məhz bu prosesin tərkib hissəsidir”.

XəzərNews.az xəbər verir ki, bu barədə aşıqlama ilə siyasi şərhçi Məhəmməd Əsədullazdə çıxış edib.

O, qeyd edib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar faktiki dayanıb:

“Bu danışıqlarin dayanması üçün təxribatların arxasında Rusiya və Fransa durur. Rusiya Qarabağın reinteqrasiya prosesinə mane oldu. Fransa da Ermənistana bir neçə silah növü verməklə, sülh danışıqlarından çəkindirdi. Ermənistanla yeni müharibə riski var. Növbəti aylarda Ermənistan hərbi təxribatlara əl atması mümkün ola bilər.

Ermənistan hərbi təxribatlara getməklə Azərbaycana yeni təzyiqlərin formalaşmasına çalışacaq. Birinci, Laçın yolunun əvvəlki vəziyyətinə qaytarmaq. İkinci, Qarabağa Kosovo modeli tətbiq etmək. Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlki mövqeyindən geri çəkilərək daha da radikal mövqeyə keçməsi görünür. Ona görə də Ermənistanı sülhə məcbur etmək üçün mütləq şəkildə təzyiqlər həyata keçirilməlidir. Hətta Qafan aeroportuna tam nəzarəti götürməklə, Xocalı aeroportuna eyni ssenarini tətbiq etmək lazımdır”.

Xəbər 2618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +