Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


21.08.2023  10:21 

Qızılağacda qanunsuz ov edən şəxs saxlanılıb





A+  A-

Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qanunsuz balıq ovlayan Masallı rayon sakini Anar Həsənov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, sintetik torlar və qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. Onun təbiətə 1155 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2523 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +