Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


31.05.2022  16:07 

İlham Əliyev Putinə zəng etdi





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

XəzərNews.az xəbər verir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.

Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.

Söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib. Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiq edilib.
Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi qeyd olunub.


Xəbər 3118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +